خبرگزاری شبستان

یکشنبه ۸ اسفند ۱۳۹۵

الأحد ٣٠ جمادى الأولى ١٤٣٨

Sunday, February 26, 2017

Servis xəbərlərinin titri

Məhəmmd Əlinin oğlu Florida hava limanında sorğulandı

Dünya boksunun əfsanəsi Məhəmməd Əlinin oğlu ABŞ-ın Florida əyalətinin hava limanında saxlanılaraq "müsəlman olmaq" ittihamı ilə sorğulandı.

Servis Əsas səhifə Zaman :   Monday, January 09, 2017 Xəbər kodu : 28516

Ayətullah Haşimi Rəfsəncani ömrünü quruluşa həsr etmişdi
Şəbistan Xəbər Agentliyi: İran islam inqilabının keşikçiləri korpusu (Sepah) Ayətullah Haşimi Rəfsəncaninin vəfatı ilə əlqaqədar bəyanat yayıb.

“İslam inqilabının qələbəsindən və iftixarlı müqəddəs müdafiə dövründə Ayətullah Haşimi Rəfsəncaninin həssas vəzifələrdəki fəaliyyəti onu islam inqilabı və İslam Respublikasının dostları və düşmənlərinin diqqət mərkəzinə çevirmişdi”.

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, İran islam inqilabının keşikçiləri korpusu(Sepah) bu gün bir bəyanat yayaraq Məsləhət Şurasının sədri və İmam Xomeyni(r.ə) və islam inqilabının böyük rəhbərinin qədim dostu və islam inqilabı hərəkatının öncülü olan Ayətullah Haşimi Rəfsəncaninin dünyasını təyişməsini baş sağlığı verib.

 

İran islam inqilabının keşikçiləri korpusunun bəyanatında deyilir: Ayətullah Haşimi Rəfsəncaninin islami hərəkatın qələbəsində, xüsusiylə Pəhləvi rejimi ilə mübarizədəki  yorulmaz səyləri, onun həbslərə, işgəncələrə qarşı dözümlülüyü və nadir müqavimətləri həmişəlik olaraq yaddaşlarda yaşayacaq.

 

Müraciətdə deyilir: Şübhəsiz Ayətullah Haşimi Rəfsəncaninin adı və bu qoca mübarizin İran və İslami quruluşa etdiyi xidmətlərin cilvələri onu sevən və inqilaba qayğıkeş ilanların yaddaşında yaşayacaqdır

 

Ayətullah Haşimi Rəfsəncani bazar günü axşam çağı ürək infarktı keçirib və həkimlərin səyləri nəticəsiz qalıb

 

Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. O həmçinin 1980 - 1989-cu illərdə İran Parlamentinin spikeri vəzifəsində çalışıb. Əli Əkbər Haşimi Rəfsəncani  Məsləhət Şurasının sədri, Xobreqan Ekspertlər Məclsinin üzvi, İslami Azad Universitetinin təsisçisi olub.

 

http://shabestan.ir/detail/News/600548

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده