خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Sunday, January 08, 2017 Xəbər kodu : 28500

Müsəlmanlara iftira atanların vicdanlarına ithafən
Şəbistan Xəbər Agentliyi: Reallıq qalır bir tərəfdə, insan başlayır mənimsədiyi informasiyanın diktəsi ilə danışmağa. O informasiyanı sorğulamayıb, ona qətiyyən şübhə duymayıb.

Daim bir sözü xatırlatmağı sevirəm: Dünyada baş verən bəlaların insan və ya Allah tərəfindən törədildiyini insan özü üçün ayırd edə bilsə bir çox mətləbləri aydınlaşdırmış olar. Lakin bir çox mətləblərin də qaranlıq olmasının ən ümdə səbəblərindən birinin insanın özünün nəyisə aydınlaşdırmaq istəyinin olmamasıdır. İnsan qulaqdan qulağa keçmiş informasiyanı alır və özü o informasiyanın əsirinə çevrilir.

 

İslaminSesi bildirir ki,  bu cür insanlar  informasiyanı təhlil etmir, araşdırmır və onu asanlıqla öz düşüncəsinə çevirir. Reallıq qalır bir tərəfdə, insan başlayır mənimsədiyi informasiyanın diktəsi ilə danışmağa. O informasiyanı sorğulamayıb, ona qətiyyən şübhə duymayıb.

 

 

Elə informasiya müharibəsinə də məhz belə insanlar lazımdır. Onlar sorğulamasın, yalnız qəbul etsinlər. Bu informasiya müharibəsində müsəlman məğlubdur, acizdir. Çünki o cür informasiyanı tirajlayanlar onu terrorçu çıxardıb, cahil, biliksiz edib, pis dəftərə vurub. Onlar ən adi, elementar xitabları bayağılaşdırıblar.

 

Lakin gəlin baxaq tarixin tozlanmış səhifələrinə. Hərçənd onların tozunun dağıdılmasına o informasiyaları tirajlayanların könlü razı olmaz. Amma yenə edək. Ən azından qulaqlardan və gözlərdən pası silmək bizim borcumuzdur.

 

Onlar müsəlmana terrorçu deyir, lakin....

 

 

“Lakin” sözü burada böyük hərflərlə yazılmalıdır. Axı, Amerika qitəsində qırmızı dərililərin kökünü müsəlmanlar kəsib. Afrikadan zənciləri ovlayaraq illərlə qul alveri edərək, onları şəkər çubuğu və pambıq plantasiyalarında işlədən vəhşi müsəlmanlar olub. İki dünya müharibəsi törədib, yüz milyona yaxın insanı cahil müəlmanlar qırıb.

 

Stalin rejimində insanları əqidə, siyasi baxış və inanclarına görə biz – orta əsr qalıqları repressiya etmişik. Ölüm düşərgələrində yəhudiləri qaz kameralarında yandıranlar da biz olmuşuq. Naqasaki və Xirosimaya atom bombası atıb, Vyetnamda, Kambocada 3 milyon bütpərəsti biz qətliam etmişik. Sələmçi bank sistemini müsəlmanlar qurub dünya iqtisadiyyatı onların əlindədi. Bütün müstəmləkə işğallarını müsəlmanlar edib.

 Gəlin arada düşünək...

 

Hüseyn Əsgərov

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده