خبرگزاری شبستان

چهارشنبه ۷ تیر ۱۳۹۶

الأربعاء ٤ شوّال ١٤٣٨

Wednesday, June 28, 2017

Servis xəbərlərinin titri

İmam Zamanın (ə) dostlarının cərgəsinə qoşulmanın yolu

Şəbistan Xəbər Agentliyi: İmam Sadiq (ə) buyurur: “Hər kim İmam Mehdinin (ə) dostlarından olmaq istəyirsə, müntəzir olmalı və pərhizkarlığı (təqvanı) özünə peşə seçməlidir”.

Servis Əsas səhifə Zaman :   Saturday, January 07, 2017 Xəbər kodu : 28491

İmam Həsən Əskəri (ə)-ın kəlamında Əhli-beyti (ə) sevənlə Əhli-beyt (ə)ardıcılının fərqi
Şəbistan Xəbər Agentliyi: Nəinki İmam Həsən Əsgəri (ə), hətta onun bir o qədər də yaxın olmayan davamçıları belə zalim hakimlər və xilafət məmurlarının qəzəbindən amanda qalmırdılar

Şəbistan Xəbər Agentliyi: Bu gün İmam Həsən Əskəri (ə)-ın dogum gününə təsadüf edir.

 

Nəinki İmam Həsən Əsgəri (ə), hətta onun bir o qədər də yaxın olmayan davamçıları belə zalim hakimlər və xilafət məmurlarının qəzəbindən amanda qalmırdılar: Əli ibn Cəfər nəql edir: Bir gün imamı Darul - xilafətə aparmaq istəyirdilər. Biz onu görmək üçün yolun üstündə oturmuşduq, elə bu zaman o həzrət tərəfindən yazılan bir məktub bizə çatdı. Məktubda deyilirdi:

 

ألّا یسلمنّ علیّ أحد و لا یشیر الیّ بیده و لا یؤمئ فإنّکم لا تؤمنون علی أنفسکم

 

“Sizin qarşınızdan keçdiyim zaman mənə salam verməyin və ya işarə ilə məni göstərməyin, çünki siz amanda deyilsiniz”, yəni bu işinizlə mənə olan sevgi və hörmətinizi sərgiləyəcəksiniz və canınız təhlükə qarşısında qalacaq.

 

 

İmam Həsən Əskəri (ə)-ın kəlamında Əhli-beyt (ə) ardıcılı ilə Əhli-beyti (ə) sevənin fərqi

 

İmam Həsən Əsgəri (ə) onu sevənlərlə şiələr arasında fərq qoyurdu.

 

İmamın ömrünün axırları, qeybət dövrünün astanasında olan dövr idi. İmam bir hədislə şiə ilə Əhli-beyt (ə) sevənlər arasında fərq qoyub, bir hədisdə Əhli-beytə (ə) inanc bəsləyən şiələrlə Əhli-beyti (ə) sevən şiələr haqqında edilən sualın cavabında belə buyurur: Bizim şiələrimiz o şəxslərdirlər ki, bizim bütün fərmanlarımıza tabe olub, itaət etsinlər. Bu işdə bizə müxalif olan bir kəs bizim şiələrimizdən deyildir.

 

http://shabestan.ir/detail/News/599675

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده