خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

Həzrət Mehdi mövud mədəni mərkəzinin müdir müavini bildirdi:

Niyə görə İmam Zaman (ə) qeyb oldu?

Şəbistan xəbər agentliyi: Höccətül-islam Kəfil kiçik qeybət dövrünün İmam Zamanın (ə) imamətə çatdığı gün başladığını bildirərək, dedi: İmam Zaman (ə) atasının mübarək bədəninə cənazə namazı qıldıqdan sonra qeyb oldu. Bu qeyb olmanın səbəbini biz bilməliyik.

Servis Əsas səhifə Zaman :   Saturday, January 07, 2017 Xəbər kodu : 28482
Əbdüs-Salam Mintin:
Myanmarın acı həqiqətlərinin mediada refleksiyası zəifdir
Myanmarın müfitisi ölkəsindəki müsəlmanların çox saylı çətinliklərdən əzab çəkdiklərinə işarə edərək bildirdi ki, müsəlmanların acınacaqlı durumunun çox az hissəsi dünya mediasında əks olunur.

ŞƏBİSTAN xəbər agentliyini verdiyi xəbərə görə, Myanmarın müfitisi Əbdüs-Salam Mintin ölkəsindəki müsəlmanların çox saylı problem və çətinliklərdən əzab çəkdiklərinə işarə edərək bildirdi ki, müsəlmanların acınacaqlı durumunun həqiqətlərinin çox az hissəsi dünya mediasında əks olunur.

O əlavə edib: Myanmarda günahsız müsəlmanların vəziyyəti çox acınaqcaqlı, dözülməz və çətindir. Bu ölkədə sivil müsəlmanların əleyhinə törədilən zorakılıq, qətl, zülm və təcavüz hər gün artmaqdadır.

Əbdüs-Salam Mintin vurğuladı: Myanmar dövləti son günlərdə yeni bir qanun layihəsi qəbul edib ki, buna əsasən müsəlmanların doğub- törəməsi məhdudlaşdırılır. Bu qanunun əsas hədəfi müsəlmanların sayını azaltmaqdır.

Myanmarın müfitisi Əl-Əzhərin şeyxinin müsəlmanların ağır durumu barədə məlumatlandırıldığını deyərək əlavə etdi: Myanmar müsəlmanları 1784-cü ildən indiyədək çox saylı problem və çətinliklərə qatlanaraq bu yerə gəlib çıxıblar. Son illərdə də, yəni 2012-ci ildən indiyədək, 100 min nəfər myanmarlı müsəlman öz ev-eşiyindən didərgin düşüb. Son həftələr ərzində isə 50 min nəfər myanmarlı müsəlman canlarını götürüb Banqladeşə qaçıblar.

Qeyd edək ki, Myanmarın Arakan (Raxin) əyalətinin müsəlmanları bu ölkənin silahlı qüvvələri, polis dəstələri və buddistlər tərəfindən fiziki və ruhi zorakılığa məruz qalmasına baxmayaraq Myanmar dövləti müsəlmanlara qarşı törədilmiş cinayətləri danır və müsəlmanların əleyhinə hər hansı bir qətliamın və soyqırımının törədilməsi barədə sənədin olmadığını iddia edir.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده