خبرگزاری شبستان

دوشنبه ۷ فروردین ۱۳۹۶

الاثنين ٢٩ جمادى الثانية ١٤٣٨

Monday, March 27, 2017

Servis xəbərlərinin titri

Pakistanda Novruz: BƏSƏNT bayramı

Hər il Bahar fəslinin gəlişi ilə Pakistanda milli şənliklər sırasında "Bəsənt" mərasimi başlayır ki, həmin gün pakistanlılar havaya rəngli şarlar uçurmaqla bayram keçirirlər.

Servis Əsas səhifə Zaman :   Saturday, January 07, 2017 Xəbər kodu : 28480

Əzalarda qara geyinmək İmamların (ə) sünnətidir
Şəbistan Xəbər Agentliyi: Ərəblər İslam dinindən əvvəl belə, əza məclislərində qara geyinərdilər.

Tarixi mənbələrə nəzər salaq, görərik ki, əza və qəm məclislərində qara geyim hələ qədim zamandan bəri millətlərin mədəniyyətində mövcud olmuşdur. Ərəblər İslam dinindən əvvəl belə, əza məclislərində qara geyinərdilər. Zəməxşəri yazır: “Qara geyimli rahibi gördüm və ona dedim: “Niyə qara geyinmisən?”. Dedi: “Ərəb onlardan kimsə öləndə nə geyinir?”. Dedim: “Qara geyinir”. Dedi: “Mən də öz günahlarımın əzasına görə qara geyinmişəm””.

Həzrət Peyğəmbər (s) və Məsum İmamların (ə) da zamanında bu sünnət davam etdirilmişdir. Peyğəmbərin (s) zamanından nəql edilir ki, Bədr döyüşü bitən zaman Məkkə qadınları şəhid olanların əzasını saxlamaq üçün qara geyindilər. (Erfan)

İmam Baqir (ə) buyurur: “Əba Abdullahın (ə) əzasında Bəni-Haşimin qadınları qara geyinmişdilər”.

İmam Baqir (ə) başqa yerdə buyurur: “O zaman ki, İmam Hüseyn ibni Əli (ə) şəhid olur, Bəni-Haşimin qadınları qara paltarlar geyindilər. İsti və soyuqdan şikayət etmədilər. (Atam) Əli ibni Hüseyn (ə) əzadarlıq mərasiminə görə onlar üçün yemək hazırlayırdı”.

Elə bu səbəbdən Əhli-Beyt (ə) davamçıları da məhərrəm-səfər əyyamında, hər bir 14 Məsumun (ə) şəhadət günlərində qara geyinir və qapılarının, evlərinin üzərinə qara parça örtürlər. Çünki Quran Əhli-Beyti (ə) sevməyi müsəlmanlara vacib buyurmuşdur. “De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).

«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir”. (“Hud” 29).

Dostluğun və sevginin ən mühüm amillərindən biri budur ki, onun sevincində sevinib, qəmində qəmlənəsən. İmam Əli (ə) buyurur: “Bizim davamçılarımız bizim şadlığımızda və qəmimizdə iştirak edirlər”.

İmam Sadiq (ə) buyurur: “Bizim davamçılarımız bizim özümüzdən bir parçadırlar. Bizim gilimizin qalan hissəsindən xəlq olublar. O şey ki, bizi qəm-qüssəli və xoşhal edir, onları da qəm-qüssəli və xoşhal edir”.

Ona görə də biz Əhli-Beyt (ə) davamçılarının vəzifəsi budur ki, Əhli-Beytin (ə) əzasında qəmlənək və hüznlü olaq, o cümlədən, geyimimizlə də.

 

/Deyerler.org/

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده