خبرگزاری شبستان

جمعه ۱۱ فروردین ۱۳۹۶

الجمعة ٤ رجب ١٤٣٨

Friday, March 31, 2017

Servis xəbərlərinin titri

On dörd yaşlı müsəlman Britaniya Universitetində müəllimdir

14 yaşlı müsəlman Yaşa Aslı Böyük Britaniyanın “Leicester" Universitetində müəllim kimi işə başlayıb.

Servis Əsas səhifə Zaman :   Thursday, January 05, 2017 Xəbər kodu : 28475

İsrail əsgərlləri otuz iki müsəlman uşağı qətlə yetiriblər
Şəbistan Xəbər Agentliyi: Sionist rejim rekorda imza atdı; UŞAQ öldürməkdə. Yeni hesabata görə, sionist rejim 2016-cı ildə ötən illə müqayisədə daha çox fələstinli uşaqları öldürüb.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Fələstinli Uşaqların Müdafiəsi üzrə beynəlxalq təşkilatın açıqladığı hesabatda bildirilir ki, sionist İsrail rejimi 2016-cı ildə 35 fələstinli uşağı qətlə yetirib və 83 fələstinli uşağı isə yaralayıb. 

 

Təşkilat həmçinin hesabatında elan edib ki, sionist rejim qüvvələri dinc fələstinlilərə qarşı odlu silahlardan istifadəyə görə mühakimə olunmur və cavabdeh deyil. 

 

Hesabatda bildirilir ki, 2016-cı ildə Qərb sahilində 32 fələstinli uşaq işğalçı rejim qüvvələri tərəfindən öldürülüb ki, onlardan 19 nəfəri 16-17 yaş, 13 nəfəri isə 13-15 yaşlı yeniyetmələr olub. “İsrail əsgərləri heç bir qanuna əməl etmir və  uşaqlara qarşı ölümcül silahlardan istifadə edirlər”, -deyə Fələstinli Uşaqların Müdafiəsi üzrə beynəlxalq təşkilatın nümayəndəsi deyib.

 

Sionist rejim 2015-ci ilin avqust ayında fələstinli namaz qılanların Məscid Əqsaya girişinə məhdudiyyət tətbiq edib ki, bu məhdudiyyətlərə fələstinlilər öz etirazlarını bildirib və qarşıdurmalar yaranıb. 2015-ci ilin oktyabr ayında İşğalçı rejim qüvvələri ən az 244 dinc sakini qətlə yetirib. 

 

"Human Rights Watch" yanvarın 3-də elan edib ki, 2015-ci ilin oktyabr ayından indiyədək sionist rejim qüvvələrinin 150-dən çox fələstinlini güllə ilə qətlə yetirdiyinə dair materiallar toplayıb. “Şahidlərin məlumatı və video materiallar çoxlu suallar ortaya qoyur”. 

 

"Human Rights Watch" elan edib ki, sionist İsrail rejiminin bəzi rəsmiləri rejim qüvvələrini fələstinlilərin qətliamına təşviq edir.( Maide.Az-ın tərcüməsinə əsasən)

 

http://shabestan.ir/detail/News/599496

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده