خبرگزاری شبستان

شنبه ۱۲ فروردین ۱۴۰۲

السبت ١١ رمضان ١٤٤٤

Saturday, April 1, 2023

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, January 5, 2017 Xəbər kodu : 28473

Artıq təkfirçi və məzhəbçi quruplaşmaların məglubiyyət dövrüdür
Şəbistan Xəbər Agentliyi: Düşmən regionda məzhəblərarası münaqişələri alovlandırır, şiə - sünnü qarşıdurması yaradmaq istəyir. Buna görə də, birinci olaraq vəhabi və təkfirçilərdən başlayır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İslam Məzhəblərinin Yaxınlaşması Təşkilatının baş katibi Ayətullah Möhsin Əraki dini konfransların birindəki çıxışında dedi ki, düşmən regionda məzhəblərarası münaqişələri alovlandırır, şiə - sünnü qarşıdurması yaradmaq istəyir. Buna görə də, birinci olaraq vəhabi və təkfirçilərdən başlayır. Bir çox islam ölkələrində vəhhabi şeyxlərinin əli ilə təbligat aparırlar ki, şiələr İraqda sünniləri qətilam edirlər. Onlar islam dünyasında şiələrə qarşı geniş təbligat kompaniyasına başlıyıblar. Qarşı tərəfdə də düşmən öz peyk kanallarından istifadə edərək əhli - sünnətin müqəddəslərinə qarşı təhqir metotundan istifadə edən bəzi şiələr yetişdirib. Məlumdur ki, belə hallar regionda böyük bir müharibəyə gətirib çıxarda bilər.

 

Ayətullah sonra bildirdi ki, bütün bunlara baxmayaraq müasir dövr təkfirçi cəryanların məglubiyyət dövrüdür: Bu gün təkfirçi cəryanlara qarşı müqavimət və həmrəylik dalgası təlatümə gəlmişdir. Bu dövr təkfirçi və məzhəbçi quruplaşmaların məglubiyyət dövrüdür. Bu gün dediklərimizin nişanələri artıq görünməkdədir. Misal olaraq, Əl - Əhzər universitetinin rəhbərliyi konfransda qeyd etdi ki, vəhhabilik islam məzhəblərindən hesab edilmir. Həmin şəxs İndenoziya etdiyi səfərində bildirdi ki, şiə məzhəbi və sünnü məzhəbi islam dininin iki qanadlarıdır. Bütün bunlar islam aləmində həmrəylik dövrünün başlamasının nişanələridir.

 

http://shabestan.ir/detail/News/599182

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده