خبرگزاری شبستان

دوشنبه ۷ فروردین ۱۳۹۶

الاثنين ٢٩ جمادى الثانية ١٤٣٨

Monday, March 27, 2017

Servis xəbərlərinin titri

Pakistanda Novruz: BƏSƏNT bayramı

Hər il Bahar fəslinin gəlişi ilə Pakistanda milli şənliklər sırasında "Bəsənt" mərasimi başlayır ki, həmin gün pakistanlılar havaya rəngli şarlar uçurmaqla bayram keçirirlər.

Servis Əsas səhifə Zaman :   Wednesday, January 04, 2017 Xəbər kodu : 28466

Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadıldı
Şəbistan Xəbər Agentliyi: Parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə,Türkiyə parlamentinin deputatları ötən gecə bu ölkə hökumətinin Türkiyədə fövqəladə vəziyyətin müddətinin yenidən artırılması ilə bağlı müraciəti ilə razılaşıblar.

 

Türkiyədə fövqəladə vəziyyətin müddətinin artırılması layihəsi bazar ertəsi günü bu ölkə Baş Nazirliyi Ofisi tərəfindən Türkiyə parlamentinə təqdim olunmuşdu.

 

Türkiyə təhlükəsizlik qüvvələrinə xüsusi səlahiyyətlər verən və ittihamı elan olunmadan vətəndaşların həbsinə şərait yaradan fövqəladə vəziyyətin müddətinin uzadılması ilə yanaşı qeyd edək ki, yeni il gecəsi silahlı şəxslər İstanbulda gecə klubuna basqın edərək klubdakıları güllə-baran ediblər.

 

İŞİD-in məsuliyyətini üzərinə götürdüyü bu terror aktında azı 39 nəfər, o cümlədən bir polis zabiti həlak olub, 65 nəfər də yaralanıb.

 

Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən sonra, bu ölkədə fövqəladə vəziyyət tətbiq olunub və azı 37 min nəfər çevrilişdə əli olması ittihamı ilə həbs olunub.

 

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi 3-cü dəfə uzadılır. Hazırda tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti yanvarın 19-da başa çatır. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Fövqəladə vəziyyət rejimi bundan sonra oktyabrın 19-da üç ay müddətinə uzadılıb.

 

Həmçinin Türkiyə parlamenti çərşənbə axşamı günü Türkiyə hərbçilərinin NATO qüvvələri çərçivəsində Əfqanıstandakı iştirakının müddətinin 2 il uzadılmasına dair bu ölkə hökumətinin icazəsini təsdiqləyib.

http://shabestan.ir/detail/News/599202

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده