خبرگزاری شبستان

جمعه ۲۷ مرداد ۱۳۹۶

الجمعة ٢٦ ذو القعدة ١٤٣٨

Friday, August 18, 2017

Servis Əsas səhifə Zaman :   Saturday, December 31, 2016 Xəbər kodu : 28415

Ayətullah Üzma Xameneinin "İstiftaat"ının Azəricə tərcümə Gürcüstanda çap olundu
Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi Gürcüstanda Azəri dilinə tərcümə və nəşr edildi.

Şəbistan xəbər agentliyinin verdiyi xəbərə görə, Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi İİR- nın Gürcüstandakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə Azəri dilinə tərcümə və nəşr edildi.

İran İslam Respublikasının Gürcüstandakı Mədəni Əlaqələr İdarəsinin İQNA-ya göndərdiyi məlumatda deyilir:

"Gürcüstan şiə cəmiyyətinin dəfələrlə İslami hökmlərin, ibadət və ticarət məsələlərində həmişə önə çıxan məsələlərin öyrənilməsi üçün fiqhi kitablar barədə istəklərini və müsəlman cəmiyyətində şəri qaydalara riayət etməyin zəruriliyini nəzərə alaraq Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi Gürcüstanın "Darul-Hikmət" və "Gürcüstan Müsəlmanlarının İşləri İdarəsi" tərəfindən və İİR-nın Gürcüstandakı Mədəniyyət İşləri İdarəsinin həmkarlığı ilə Azəri dilinə tərcümə və 240 səhifədə nəşr edildi və müsəlmanların istifadəsinə verildi".

Bu kitabın müqəddiməsində müsəlmanların öz şəri vəzifələrini öyrənmələrinin zərurəti barədə danışılıb, şəri hökmlərin İslami mənbələrdən təqlid mərcələri tərəfindən çıxarılmasının elmi və dini dəyəri vurğulanıb və bütün müsəlmanlara müctəhidlərin şəri risalələrindəki hökmlərə əməl edilməsinin vacibliyi qeyd edilib.

Dünya Müsəlmanlarının Dahi Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Xameneinin "Şəri Suallara Cavablar" (İstiftaat) risaləsi ilk dəfədir ki, Gürcüstanda çap və nəşr edilir.  

 

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده