خبرگزاری شبستان

پنج شنبه ۷ بهمن ۱۴۰۰

الخميس ٢٤ جمادى الثانية ١٤٤٣

Thursday, January 27, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, December 31, 2016 Xəbər kodu : 28410

Bağdadda terror aktı törədilib
Şəbistan Xəbər Agentliyi: Bağdadda baş verən terror partlayışlarında 18 nəfər həlak olub, 43nəfər yaralanıb.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Bağdadda terror aktı törədilib

 

İraqın paytaxtı Bağdadda izdihamlı bir ticarət məntəqəsində baş vermiş partlayış azı 18 nəfərin həlak olması ilə nəticələnib.

 

İraqın Əl - suməriyyə xəbər kanalının məlumatına görə, bu ölkə polisi bildirib ki, iki partlayış bağlaması bu gün səhər Bağdadın "Əlsənk" ticarət məntəqəsini titrədibdir.

 

Bəzi mənbələr də bu terror partlayışında əllidən çox insanın yaralandığını bildiriblər. Onlar qeyd ediblər ki, yaralıların vəziyyətinin ağır olması səbəbindən ölənlərin sayının artması ehtimalı var.

 

Bağdad cümə axşamı günü də bu şəhərin cənubundakı Əlməalif məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində bir mülkinin həlak olması, altı nəfərin də yaralanmasının şahidi olubdur.

 

İraqlı rəsmilərin sözlərinə görə, terrorçular Neynəva vilayəti xüsusiyyət təşkil etməklə döyüş meydanlarında ardıcıl məğlubiyyətlərə düçar olduqdan sonra mülki məntəqələrdə terror əməliyyatları həyata keçirməyi ön plana çəkiblər.

http://shabestan.ir/detail/News/598059

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده