خبرگزاری شبستان

پنج شنبه ۲۵ مهر ۱۳۹۸

الخميس ١٨ صفر ١٤٤١

Thursday, October 17, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 27, 2016 Xəbər kodu : 28370

İsa Məsih harda yerə enəcəkdir ?
Şəbistan Xəbər Agentliyi: Həzrəti Mehdi (ə) - ın başlayacagı ümumdünyavi inqilabın təsirli simalarından biri də İsa ibn Məryəm olacaqdır, Allahın bu peygəmbəri Ali Muhəmmədin Qaiminin (ə) kənarında yer alacaqdır

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Həzrəti Mehdi (ə) - ın başlayacagı ümumdünyavi inqilabın təsirli simalarından biri də İsa ibn Məryəm olacaqdır, Allahın bu peygəmbəri Ali Muhəmmədin Qaiminin (ə) kənarında yer alacaqdır.

Həzrəti İsanın necə və harda nazil olmagı haqqında müxtəlif versiyalar söylənilmişdir. Onun asimandan yerə enməsi, axirzamanda yenidən qayıtmagı bütün müsəlmanlar tərəfindən qəbul edilir.

 

Əldə edilən hədisləri araşdırdıqda məlum olur ki, Həzrəti İsa İmam Mehdi (ə) –ı n zühurundan sonra asimandan enəcəkdir. Onun nazil oldugu yer barəsində isə İbni Həmmad əhli - sünnət kitablarından müxtəlif yerlərin adını çəkərək rəvayətlər zikr edir. O cümlədən Qüds, Dəməşq dərvazasındakı ag körpü, Dəməşqin şərq darvazasında yerləşən minarənin kənarında və Fələstində Vulləd darvazasında.
 

Əhli - sünnət mənbələrində qeyd edilir ki, Həzrəti İsa axırzamanda Dəməşqdə yerə enəcəkdir. Təbrani öz sənədi ilə Allahın Rəsulundan (s) belə nəql edir: İsa İbn Məryəm Dəməşq torpaqlarında şərq hissəsində ag minarənin kənarında yerə enəcəkdir.

Şiə mənbələrində isə İsa peygəmbər əvvəl Qüdsdə yerə enəcək və İmam Mehdi (ə) - ın arxasında namaz qılacaq, sonra isə Şam və başqa yerlərə gedəcəkdir.

 

İbn Kəsir yazır ki, İmam Mehdi (ə) İsa peygəmbər sübh namazı vaxtı yer üzünə nazil olacaqdır.

 

http://shabestan.ir/detail/News/596313

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده