خبرگزاری شبستان

سه شنبه ۲۲ آیان ۱۳۹۷

الثلاثاء ٥ ربيع الأوّل ١٤٤٠

Tuesday, November 13, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, December 23, 2016 Xəbər kodu : 28317

Misir anti-sionist qətnaməsini Trampın bir "telefon zəngi"nə dayandırdı
Misirin sionist yəhudilərin Fələstində şəhərsalma layihəsinin əleyhinə hazırladığı qətnaməsinin icrası Donald Trampın Əbdül-Fəttah əs-Sisiyə telefon zəngindən sonra dayandırıldı.

Şəbistan xəbər agentliyinin "iqna" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Misirin sionist yəhudilərin Fələstində şəhərsalma layihəsinin əleyhinə hazırladığı qətnaməsinin icrası Donald Trampın Əbdül-Fəttah əs-Sisiyə telefon zəngindən sonra dayandırıldı.

Əbdül-Fəttah əs-Sisi -Misirin prezidenti, öz amerikalı həmkarı Donald Tramp ilə telefon danışığından sonra Misirin sionist yəhudilərin işğal olunmuş ərazilərdə şəhərsalma layihəsi ilə bağlı olan anti-İsrail qətnaməsini BMT-nin TŞ-da müzakirəyə çıxarmaq fikirindən daşınıb və bu barədə tutduğu mövqedən geri addım atıb.

Misir indiyədək İsrailin sionist rejiminin işğal olunmuş ərazilərdə şəhərsalma layihəsi ilə müxalifət edən ən ciddi rəqib idi və BMT-nin TŞ-da bu layihənin əleyhinə olan qətnamənin müzakirəyə çıxarılması və şəhərsalma layihəsinin dayandırılması barədə ciddi səy göstərirdi.

Amma Cümə günü, ABŞ-ın yeni prezidenti Donald Trampın misirli həmkarı ilə telefon danışığından sonra Sisi bu məsələnin müzakirəyə çıxarılmasını təxirə saldı.

Eyni halda BMT-nin TŞ-nın qərbli diplomatlarından biri elan etmişdi ki, Barak Obama bu layihə barədə bitərəf mövqe tutacaq.

Məlumatda deyilir ki, ABŞ-ın yeni prezidenti Donald Trampın misirli həmkarı Əbdül-Fəttah Sisiyə Cümə günü telefon edərək deyib ki, İsrailin şəhərsalma layihəsini məhkum edən qətnaməsini Trampın işə başlayacağı vaxta qədər tərixə salsın.

Qeyd edək ki, Yeni Zenlandiya, Venezuela, Malaziya və Seneqal vaxt təyin edərək Misirdən istəyiblər ki, anti-sionist qətnamənin TŞ-da müzakirəyə çıxarılması ilə bağlı mövqeyni şəffaf şəkildə açıqlasın.     

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده