خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, December 11, 2016 Xəbər kodu : 28168
İraq şiələri milli koalisiyasının sədri islam inqilabının böyük rəhbəri ilə görüşüb
Heç vaxt amerikalılara etimad etməməli və onların təbəssümlərinə aldanmamalıyıq
Həzrət Ayətullahül-üzma Xamenei İraq neftinin İŞİD tərəfindən satılmasına toxunaraq deyiblər: O vaxt amerikanlar sadəcə neft daşıyan gəmilər karvanının hərəkətini seyr etməklə kifayətlənirdilər və onları hədəfə almırdılar, ona görə də amerikalılara etimad etmək olmaz.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Həzrəti ayətullahül-üzma Xamenei bu gün səhər çağı İraq şiələri milli koalisiyasının rəhbəri seyid Əmmar Həkim və bu koalisiyanın üzvlərini qəbulu zamanı bildiriblər: Amerikanlar zahiri iddialarına baxmayaraq əsla təkfirçi terrorçuların kökünün kəsilməsinin adrınca deyillər və bu terrorçuların bir hissəsini özlərinin gələcək planları üçün saxlamağa çalışırlar. 

Həzrət Ayətullahül-üzma Xamenei İraq neftinin İŞİD tərəfindən satılmasına toxunaraq deyiblər: O vaxt amerikanlar sadəcə neft daşıyan gəmilər karvanının hərəkətini seyr etməklə kifayətlənirdilər və onları hədəfə almırdılar, ona görə də amerikalılara etimad etmək olmaz. 

İslam inqilabının böyük rəhbəri İraqın aydın gələcəyə malik olduğunu və durumun yaxşılaşacağını bildirərək deyiblər: İraqın inkişafı İran İslam Respublikasının xeyirinədir və iki ölkə arasındakı koordinasiyanın daha da artması hər iki tərəfin mənafeyini təmin edir. 

Həzrət Ayətullahül-üzma Xamenei İraqın şiə qrupları arasında koalisiyanın formalaşmasından razılıq ifadə edərək, bunun önəmli hadisə olduğunu və bu birliyin təməllərinin mühafizəsi və möhkəmlənməsinin vacibliyini vurğulayıblar. 

İslam inqilabının böyük rəhbəri İraqı şiələri koalisiyasının sədri, əsas üzvləri və ona daxil olan bütün cərəyanların üzərinə böyük məsuliiyyət düşdüyünü, onların hər hansı qərar və təşəbbüsünün İraq, region və islama təsir buraxdığını xatırladıblar. 

İslam inqilabının böyük rəhbəri İraq şiələri milli koalisiyasının qarşıya qoyduğu dəyərli məqsədlərin sadəcə vəhdət sayəsində mümkün olduğunu bildiriblər və bu koalisiyanın ən əsas vəzifələrindən birinin İraqda fəaliyyətdə olan hökumətlərə dəstəkdən ibarət olduğunu vurğulayıblar. 

Həzrət Ayətullahül-üzma Xamenei çıxışının sonunda İraq xalqı və rəhbərliyinə ərbəin zəvvarlarına göstərdikləri qonaqpərvərliyə görə öz təşəkkürünü bildirərək ərbəin yürüşünün möhtəşəm və misilsiz hadisə olduğunu vurğulayıblar. 

Görüşdə İraq şiələri milli koalisiyasının rəhbəri seyid Əmmar Həkim də İran İslam Respublikasının dəstəklərinə görə öz təşəkkürünü bildirərək deyib: İraq şiələri milli koalisiyasının əsas nailiyyətlərindən biri, Həşədüşşəbi qanununun qəbul edilməsindən ibarət idi, bu qanuna milli koalisiyasnın lehinə səsindən əlavə , şiələrin koalisiyası başqa bir çox qrup və cərəyanların müşayiətini də cəlb edə bildi. 

http://shabestan.ir/detail/News/593194

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده