خبرگزاری شبستان

سه شنبه ۳۱ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٧ رمضان ١٤٤٠

Tuesday, May 21, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, December 8, 2016 Xəbər kodu : 28119

İctimaiyyət və gənc nəsl arasında mübarizlik ruhiyyəsi yüksək olmalıdır
Şəbistan Xəbər Agentliyi: Dini elmlər hövzəsi zaman və onun tələblərini tanımalıdır. Belə ki, düşmənlərin qarşısında dayanmalı və onlara cavab verməlidir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranın Qum şəhərində ümumölkə din alimlərinin 13 - cü toplantısı keçirilib.

 

Toplantının haşiyə görüşlərində İran Xubraqan Məclisinin sədri Ayətullah Cənnəti Şəbistan Xəbər Agentliyinin müxbirinin suallarına cavab verərkən deyib: Bu gün müxtəlif dini və mədəni sahələrdə ölkəmizə qarşı namərdcəsinə hücumlar baş verir. Biz bütün sahələrdə ayıq olmalı və düşmənin bizə zərbələr vurmasının qarşısını almalıyıq.

 

Dini tələbələr və ruhanilər düşmənin hücum və məkrli planlarına qarşı mübarizə aparsınlar.

Dini hövzələrin mübariz tələbələri əməl, dil, qələmləri ilə bu arenada xüsusi rol oynamalı, dini dəyələrin cəmiyyətdə oturmasında əllərindən gələn xidməti əsirgəməməlidirlər.

 

Dini elmlər hövzəsi zaman və onun tələblərini tanımalıdır. Belə ki, düşmənlərin qarşısında dayanmalı və onlara cavab verməlidir.

Ayətullah Cənnəti sonar bildirdi ki, düşmənlərin plan və proqramlarından xəbərdar olmaq zəruridir. Bu lazımı hazırlıq və onun yaranmasına səbəb olacaqdır ki, bunun da sayəsində düşmənə kəsərli cavab vermək müyəssər olacaqdır.

 

İran Xubraqan Məclisinin sədri sonda söylədi: İctimaiyyət arasında və gənc nəslin içində mübarizlik ruhiyyəsi möhkəmlənməlidiir.

 

http://shabestan.ir/detail/News/592651

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده