خبرگزاری شبستان

سه شنبه ۳ اردیبهشت ۱۳۹۸

الثلاثاء ١٨ شعبان ١٤٤٠

Tuesday, April 23, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, December 8, 2016 Xəbər kodu : 28118

Ruhanilər xalqın arasında yaşamalıdırlar
Şəbistan Xəbər Agentliyi: Ali Dini Rəhbərin Baş Ofisinin rəisi: Qədimdə İranın müxtəlif şəhərlərində xalq arasında güclü təsirə malik olan alimlər yaşayardı. Bu gün də dini elmlər hövzəsi qədim ənənələri dirçəltmək, onları yenidən bərpa etmək istiqamətində çalışmalı və belə fazil və dəyərli alimlər yetişdirməlidirlər

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, bu gün İranın Qum şəhərində ümumiran din alimlərinin 13 - cü toplantısı keçirilib.

 

Toplantının haşiyə görüşlərində Ali Dini Rəhbərin Baş Ofisinin rəisi höccətül - islam vəl - müslimin Məhəmmməd Məhəmmmədi Gülpayiqani Şəbistan Xəbər Agentliyinin müxbirinin suallarına cavab verərkən dedi:  Ali Dini Rəhbərin israrla tapşırdığı və diqqət mərkəzində saxladığı məsələlərdən də biri dini elmlər hövzəsini genişləndirmək, mübariz və inqilaba sadiq tələbələr və dini təhsil ocaqları məzunları yetişdriməkdir.

Ali Dini Rəhbərin Baş Ofisinin rəisi əlavə etdi: Qədimdə İranın müxtəlif şəhərlərində xalq arasında güclü təsirə malik olan alimlər yaşayardı. Bu gün də dini elmlər hövzəsi qədim ənənələri dirçəltmək, onları yenidən bərpa etmək istiqamətində çalışmalı və belə fazil və dəyərli alimlər yetişdirməlidirlər.

Höccətül - islam vəl - müslimin Məhəmmməd Məhəmmmədi Gülpayiqani daha sonar bildirdi ki, müxtəlif əyalətlər və rayonlarda da dini hövzələrin geniş fəaliyyətlərinin şahidi olmalıyıq. Əhalinin sayı artmaqda, yeni şəhərlər salınmaqdadır, belə bir şəraitdə lazımı səlahiyyətlərə malik fəqihlər yetişdirilməli və xalqın içində yaşamalıdırlar ki, meydana çıxan problem və ehtiyacları həll edə bilsinlər.

http://shabestan.ir/detail/News/592635

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده