Servis Əsas səhifə |
|
Zaman : |
Wednesday, December 7, 2016 |
|
Xəbər kodu : |
28109 |
Şəbistan Xəbər Agentliyi xəbər verir ki, höccətül - islam vəl - müslimin Hüseyn Murtazəvi vəhdət həftəsi barəsində keçirilən konfransda jurnalistlərə deyib: Bu gün müsəlman dünyası cürbəcür fitnələr, müsibətlər, problemlər və radikal qurupların islam adı ilə törətdikləri əməllərlə üzləşmişdir. Onlar bu yollarla müsəlmanlar arasında təfriqə yaradmaq istəyirlər.
Peygəmbərimizin (s) şivə və üslublarından nümunə götürmək təşkilçi qurupların islam dünyasında yaratdıqları fitnələrin qarşısını almaqa səbəb olacaqdır.
Alim və ruhanilər Peygəmbərimizin (s) yaşam tərzini müsəlmanlar arasında günbəgün yaymalı və təkfirçi təfəkkürünün cavanların və yeniyetmələrin beyninə yeridilməsinin qarşısını almalıdırlar. Bu gün müsəlmanlar əvvəlkindən daha artıq bir və həmrəy olmalıdırlar, bu düşmənlərin islama qarşı planlarının qabagını alacaqdır. Bizim Peygəmbərimiz (s) Mədinədə olanda qardaşlıq peymanı icad etdi və bu peyman müxtəlif qəbilələr arasında kin və ədavətin aradan qaldırmagına səbəb oldu. Bizim hamımıza vacibdir ki, Allahın elçisinin yolu ilə gedək, onu yenidən dirçəldib yaşadaq. Bununla da sələfilik, təkfirçilik və İŞD adı ilə bu gün aramızda yaradılan müxtəlif qurupların nüfuzunun qarşısında ciddi şəkildə ala bilərik.
http://shabestan.ir/detail/News/592068