خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, December 6, 2016 Xəbər kodu : 28097

Şiələr təkfirçiliklə mübarizənin ön cəbhəsində dayanıblar
Şəbistan Xəbər Agentliyi: Ayətullah Nasir Məkarim Şiarazi şiələrin təkfirçilklə mübarizə və mücadilənin ön cəbhəsində dayandıqlarını bildirərək deyib: Şiəfobiya bu qruplaşmanın yeritdiyi əsas xətlərdən biridir.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Nasir Məkarim Şiarazi bu gün İndenoziyanın Məşvərət Məclisinin sədri və onu müşayət edən rəsmi heyətlə görüşüb.

Alim görüşdə İndenoziyanı ən böyük İslam dövlətlərindən sayaraq deyib: İndenoziyada müsəlmanların çoxu mötədildirlər. Buna baxmayaraq, təkfirçilər bütün dünyanı təhdid edən bir əngəldirlər.

Ayətullah təkfirçiliyin təhlükəsinin mənşə və beşiyindən danışraq onu vəhhabilik adlandırdı və dedi: Biz bu qruplaşmanın beşiyinin və kökünün vəhhabilik olması barədə 80 sənəd əldə etmişik. “Bizim indenoziyalı qardaşlarımız bu qruplaşmanın nüfuzu ilə bağlı ayıq olsunlar”.

“Bu qruplaşmanın təhlükəsinin dəf edilməsi üçün bütün müsəlmanlar əl - ələ verməlidirlər ki, hamı sabitlik və aramlıqda olsun”, - deyə Ayətullah Nasir Məkarim Şiarazi vurğulayıb.

 

O şiələrin təkfirçilklə mübarizə və mücadilənin ön cəbhəsndə dayandıqlarını bildirərək deyib: Şiəfobiya bu qruplaşmanın yeritdiyi əsas xətlərdən biridir. Onlar deyirlər ki, şiələr Quranı təhrif ediblər, lakin həqiqət başqa bir şeydir.

Ayətullah Nasir Məkarim Şiarazi ayıq və sayıq olmağı tövsiyyə etdi: Təkfirçi vəhhabiliklə bağlı təbliğatlar aparılır. Belə təbliğatların qarşısı alınmalıdır ki, İslam dünyasında bu qruplaşmanın mövcudluğunun qarşısı alınsın.

Alim bildirdi ki, təkfirçi vəhhabilik qeyri - təkfirçi vəhhabilikdən ayrılsa da, indi əsas diqqət təkfirçi vəhhabiliyin qarşısının alınmasına yönəlməlidir.

 

http://shabestan.ir/detail/News/591976

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده