خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, November 6, 2016 Xəbər kodu : 27756
İİR- nın milli təhlükəsizlik komissiyasının üzvü ŞƏBİSTAN köşkündə:
Amerika bizi JCPOA razılaşmasının ehtimali mənfəətlərindən məhrum etmək istəyir
Şəbistan xəbər agentliyi: Məhəmməd Cəmali – İran İslam Respublikası milli təhlükəsizlik komissiyasının üzvü, bu həftə keçirilən mətbuat sərgisi münasibəti ilə bu gün ŞƏBİSTAN xəbər agentliyinin köşkündə oldu. O, Amerikanın JCOPA razılaşmasının öhdəçiliklərini yerinə yetirməməkdə günahlandıraraq dedi: Amerika bizi "hərtərəfli birgə fəaliyyət planı" razılaşmasının ehtimali mənfəətlərindən məhrum etmək istəyir.

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, Məhəmməd Cəmali – İran İslam Respublikası milli təhlükəsizlik komissiyasının və Milli Məclisin Xarici Siyasət heyətinin üzvü, bu həftə keçirilən mətbuat sərgisi münasibəti ilə bu gün ŞƏBİSTAN xəbər agentliyinin köşkündə oldu.

İran İslam Respublikası milli təhlükəsizlik komissiyasının və Milli Məclisin Xarici Siyasət heyətinin üzvü Amerikanın "JCOPA" - (The Joint Comprehensive Plan of Action = Birgə Kompleks Tədbirlər Planı = Совместный Комплексный план действий = BƏRCAM) -  razılaşmasının öhdəçiliklərini yerinə yetirməməkdə günahlandıraraq dedi: Amerika bizi "hərtərəfli birgə fəaliyyət planı" razılaşmasının ehtimali mənfəətlərindən məhrum etmək istəyir.

Məhəmməd Cəmali – İran İslam Respublikası milli təhlükəsizlik komissiyasının və Milli Məclisin Xarici Siyasət heyətinin üzvü, İranın 22-ci mətbuat sərgisinə baxış zamanı ŞƏBİSTAN xəbər agentliyinin köşkünə də baş çəkərək "BƏRCAM" (Birgə Kompleks Tədbirlər Planı) məsələsinin gələcəyi barədə Şəbistan xəbər agentliyi müxbirinin sualının cavabında dedi: Hal-hazırda amerikalılar bizimlə siyasi mühitdə oyun oynayırlar. Və bu məsələni həm öz prezident seçkilərinə bağlayıblar ki, bizim fikrimizcə bəhanədən başqa bir şey deyildir və həm də "bərcam"ın təkcə nüvə məsələlərində təsirə malik olacağı barədə verdikləri sözə baxmayaraq açıq- aşkar elan edirlər ki, biz banklara qoyulan sanksiyaları bu şərtlə götürür ki, İran regiondakı azadlıq hərəkatlarını dəstəkləməsin.

Milli Məclisin Xarici Siyasət heyətinin üzvü əlavə etdi: Əslində isə onlar çalışırlar ki, bizi digər "bərcam"lara çəksinlər və bizdən başqa imtiyazlar da alsınlar və bizi "hərtərəfli birgə fəaliyyət planı" razılaşmasının ehtimali mənfəətlərindən məhrum etsinlər.    

http://www.shabestan.ir/detail/News/586034

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده