خبرگزاری شبستان

چهارشنبه ۲۲ آذر ۱۳۹۶

الأربعاء ٢٥ ربيع الأوّل ١٤٣٩

Wednesday, December 13, 2017

Servis xəbərlərinin titri

İmam Əmirəl-möminin Əli ibn Əbi Talibin (ə) kəlamı

İnsan başqalarına təlim verməzdən öncə özünü tərbiyə etməlidir

Şəbistan xəbər agentliyi: Həzrət İmam Əmirəl-möminin Əli ibn Əbi Talib (ə) dəyərli kəlamlarının birinin bir bölümündə bu məsələyə təkid edir ki, insan özünə nəsihət verməlidir. Özünü daxildən tərbiyə etsin ki, bu baxış onun əməlində və rəftarında da aşkar olsun.

Servis Əsas səhifə Zaman :   Thursday, October 27, 2016 Xəbər kodu : 27637

Yəmən xalqının Ərəbistanın əli ilə qətliam edilməsi terrorizmin ən pis növüdür
Şəbistan Xəbər Agentliyi: Ali Rəhbər Həzrət Ayətullahül-üzma Xamenei Finlandiya prezidenti Sauli Ninistvo ilə görüşdə bildirib: Terrorizm ilə mübarizə beynəlxalq qüdrətlərdə nüfuza malik olan hər bir kəsin ciddi iradə nümayiş etdirməsinə ehtiyaclıdır.

Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ali Rəhbər Həzrət Ayətullahül-üzma Xamenei dünən Finlandiya prezidenti Sauli Ninistvo qəbul edib

Həzrət Ayətullahülüzma Xamenei ABŞ və bəzi digər dövlətlərin terrorizm ilə mübarizədəki rəftarlarını qeyri-ciddi adlandırıb və deyiblər: Bu ölkələr bütün məsələlərə öz maraqları prizmasından yanaşırlar və İraq və Suriyada terrorizmin kökünü kəsmək barədə düşünmürlər.

İnqilab Rəhbəri BMT-nin Səddam rejiminin İrana hücumu zamanı müharibəni başlayan tərəfin kim olmasına əhəmiyyət verməməsini müharibənin uzanması səbəblərindən adlandırıb və əlavə ediblər: Əlbəttə, müharibənin başa çatmasından bir neçə il sonra BMT-nin o zamankı baş katibi vicdanlı və şücaətli bir insan olaraq, Səddamı müharibəni başlayan tərəf elan etdi.

Həzrət Ayətullahülüzma Xamenei məhz bu prizmadan BMT-nin hazırkı baş katibinin mövqeyini tənqid ediblər: BMT-nin baş katibi tam aşkar formada bəyan etdi ki, bu təşkilatın maliyyə baxımından Ərəbistanın pullarına ehtiyaclı olmasına görə, Yəməndə uşaqların qırğın edilməsini pisləmək mümkün deyil. Bu isə beynəlxalq siyasətçilərin təəssüf doğuran əxlaqının nişanəsidir. Ümidvarıq BMT-nin növbəti baş katibi bu məqamın müstəqilliyini qorumağı bacarsın.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, Finlandiya ilə əməkdaşlıqların genişlənməsini alqışlayıblar: İki ölkə arasında imzalanmış memorandum icra edilməlidir və onun icra edilməməsi xalq yanında xoşagəlməz təsir bağışlamış olacaq.

Finlandiya prezidenti də bu görüşdə İslam İnqilabının Böyük Rəhbərinin terrorizmlə bağlı sözlərini təsdiq edərək, deyib: Ölkələr və BMT terrorizm ilə mübarizədə uğurlu olmayıblar.

Sauli Ninistvo İranın regiondakı roluna işarə edərək, deyib: İran terrorizm ilə mübarizədə əlindən gələni edir və heç şübhəsiz ki, bundan sonra da bunu davam etdirəcək.

http://shabestan.ir/detail/News/583492

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده