Şəbistan Xəbər Agentliyi xəbər verir ki, Ayətullah Məkarim Şirazi bu gün açıq İslam Hüquqi mühazirələrində bir sıra ictimai – siyasi məsələlərə də toxunub.
Alim deyib: Məhərrəmlikdə hətta stadiona yığışan azarkeşlər də oranı matəm salonuna çevirdilər və özlərinə layiq əzadarlıq mərasimi keçirdilər.
Ayətullah bir sılra ölkələrdə məhərrəmlik məclislərinə maneələr törədilməsini şiddətlə tənqid etdi: Təkfirçi qəlbikorlar Əfqanistan və Pakistanda mərasimlərdə bombalar qoyub əzadarları şəhid edirlər.
O vurğuladı ki, bu qəlbi möhürlənmiş zümrə bilsin ki, təzyiqlər nə qədər çox olsa yenə də xalqın İmam Hüseynə (ə) keçirdiyi matəm mərasimi azalmayacaq, əksinə daha da artıq olacaqdır.
“Dünyanın 42 ölkəsində şüdəmərlər mərasimi keçirildi, bu çox önəmlididr”.
Ayətullah Məkarim Şirazi təkfirçilərin anti - şiə təbliğatını, intiharçı hücumlarını nəticəsiz sayaraq dedi ki, bunun viranələr və ölümdən başqa heç bir nəticəsi ola bilməz.
“Ali - Səud rejimininYəməndə əzadarlıq mərasiminə hücumu 700 insanın qanına qəltan edilməsinə səbəb oldu. Aylarladır ki, Ali – Səud sülaləsi Yəməndə cinayətlər törədir, amma bu ölkənin insanları daha da qətiyyətli və möhkəm olurlar”, - deyə Ayətullah Məkarim Şirazi Ərəbistan rejiminin Yəmənə təcavüzünü bir daha məhkum etdi.
Mərcə təqlid qeyd etdi ki, xalqın iradəsi Ərəbistanın törətdiyi qırğınlarla zəifləməyəcək. Onlar Yəməni işğal etsələr bunca cinayətlərdən sonra onu neçə idarə edə və ora hökumət edə biləcəklər?
http://shabestan.ir/detail/News/581068