خبرگزاری شبستان

چهارشنبه ۷ فروردین ۱۳۹۸

الأربعاء ٢١ رجب ١٤٤٠

Wednesday, March 27, 2019

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, September 13, 2016 Xəbər kodu : 26992

Dini təbliğatçılar gərək günün zərurətinə uyğun təbliğ etsinlər
Şəbistan xəbər agentliyi: Savənin Cümə İmamı və Kəndlərdə Mədəniyyət və İncəsənət Konqresinin ustadı Seyid İbrahim Hüseyni dedi: Dini təbliğatçıların xalqa dedikləri günün tələbləri və insanların niyazlarına cavab verməli və uyğun olmalıdır.

ŞƏBİSTAN xəbər agentliyinin Ərak şöbəsinin verdiyi xəbərə görə, Savənin Cümə İmamı və Kəndlərdə Mədəniyyət və İncəsənət Konqresinin ustadı Seyid İbrahim Hüseyni bu gün, 13 sentyabr 2016-cı il, Xomeyn şəhərində dedi: Dini təbliğatçıların xalqa dedikləri günün tələbləri və insanların niyazlarına cavab verməli və uyğun olmalıdır.

Savənin Cümə İmamı və Kəndlərdə Mədəniyyət və İncəsənət Konqresinin ustadı Seyid İbrahim Hüseyni vurğuladı: Kənli parlaq istedadlar insanları sosial şəbəkələrin şərrindən xilas etsinlər. Dini təbliğatçılar bu şəbəkələrdə aktiv iştirakla zəhərli şeyləri insanların həyatlarından təmizləsinlər.

Kəndlərdə Mədəniyyət və İncəsənət Konqresinin ustadı Seyid İbrahim Hüseyni əlavə etdi: İnsalar ruhani və dini təbliğatçının geyim tərzinə, danışığına, ləhcəsinə, rəftar tərzinə və hər bir hərəkətinə göz qoyurlar. Ruhani camaatın öz dilində onlarla danışmalıdır. Buna görə də ruhani buna uyğun davranmalı və insanların maddi və mənəvi ehtiyaclarını nəzrə almalı və müəyyən hədəf əsasında irəli getməlidir.

Savənin Cümə İmamı və Kəndlərdə Mədəniyyət və İncəsənət Konqresinin ustadı Seyid İbrahim Hüseyni ruhanilərin islami yaşam tərzinə əməl etmələrinin zəruri olduğuna işarə edərək dedi: bir çox rəftarları insanlar bu gün adi şəkildə və hər gün yerinə yetirirlər və ruhani bu müsbət rəftarlar haqqında çox da danışmamalı, bəlkə insanların təhrif olunmuş rəftarlarını və inanclarını və baxışlarını dəyişməlidir.

O vurğuladı: bu gün 4-cü dünya müharibəsidir, amma dini və milli inanclara məsxərə ilə hücum etmək formasında həyata keçirilir. Və döyüş alətləri sosial şəbəkələr və digər məlumat vasitələridirlər.    

 http://shabestan.ir/detail/News/573548

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده