خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, September 11, 2016 Xəbər kodu : 26912

ƏRƏFƏ günü beynəlxalq "Quran Saatı" kampaniyası keçirildi
Şəbistan xəbər agentliyi: Dünyada ilk dəfə olaraq bu gün, ƏRƏFƏ gün səhər çağı, Zil-Həccə ayının 9-da sübh saat 08:00-da Quran-Kərimə qarşı eşq və təşəkkür əlaməti olaraq bütün dünyada "Quran Saatı" kampaniyası keçirildi və bu kampaniyada iştirak edən müsəlmanlar mübarək Həcc surəsini qiraət etdilər.

ŞƏBİSTAN xəbər agentliyinin "Benrama" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünyada ilk dəfə olaraq Quran-Kərimə qarşı eşq və təşəkkür əlaməti olaraq bu ilin Zil-Həccə ayının 9-da dua günü kimi tanınmış Ərəfə günü bütün dünyada saat 9:00-dan 10:00-dək "Quran Saatı" kampaniyası keçirildi və bu kampaniyada iştirak edən müsəlmanlar mübarək Həcc surəsini qiraət etdilər və öz fotolarını və videoçarxlarını (Quranhour#) haştağı ilə social şəbəkələrdə yerləşdirdilər.

Malaziyanın "Karangkraf" media şirkətlər qrupunun rəisi Hisaməddin Yəqub bu barədə xəbər verərək elan etdi ki, bu proqram bütün dünya müsəlmanlarını Qurana cəzb etmək hədəfi ilə keçirilib.

Hisaməddin Yəqub əlavə etdi: Bu proqram tam yeni bir plandır ki, İslam ümmətinin Quran təlimlərinə imanının gücləndirilməsi, Quranı müsəlmanların vəhdət və həmrəylik kitabı olaraq meydana gətirmək və müsəlmanların Qurana sayqı və sevgilərini dünyaya göstərmək üçün hazırlanmışdır.

"Karangkraf" media şirkətlər qrupunun rəisi dedi: İndiyədək dünyanın 117 ölkəsindən yüzlərlə İslami müəssisə və təşkilatlar bu kampaniyaya qoşulmaq üçün hazır olduqlarını elan ediblər və İslami Əməkdaşlıq Ölkələrinə üzv olan digər 57 ölkənin də İslami medialarının da kampaniyaya qoşulacağı gözlənilir. Həmçinin Malaziyanın media qrumları da bu proqramın KİV-də işıqlandırılmasını öz öhdələrinə götürüblər.

Qeyd edək ki, Ərəfə günü dua günü kimi bütün müsəlmanlar tərəfindən mühüm günlərdən sayılır. Həmçinin Həzrət İmam Hüseyn (ə) Ərəfə günü Məkkədən Kərbəla səmtinə hərəkət etdiyi üçün bu gün şiələr üçün daha da əhəmiyyətli və əlamətdar bir gün sayılır və şiələr Ərəfə duasından əlavə İmam Hüseyn (ə) ziyarətini də bu günün mühüm əməllərindən hesab edirlər.

Ərəfə günü hacılar Məkkədən Ərəfat səhrasına gəlir və bu səhrada dua edirlər, Zöhr və Əsr namazlarını "Cəbəl -ər-rəhmət" dağının kənarında qılırlar, daha sonra Məşər əl-Hərama tərəf hərəkət edib Qurban günü mərasimi üçün Minaya gedirlər.

http://shabestan.ir/detail/News/573256

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده