خبرگزاری شبستان

شنبه ۲۷ آیان ۱۳۹۶

السبت ٢٩ صفر ١٤٣٩

Saturday, November 18, 2017

Servis xəbərlərinin titri

İntiqamçı İmam Hüseynin (ə) kəlamında;

İmam Zaman (ə) gələnə qədər Hüseynin (ə) qanı coşacaq

Şəbistan xəbər agentliyi: İmam Hüseyn (ə) oğlu İmam Səccada (ə) buyurdu: Allaha and olsun, mənim qanım Allah-taala Mehdini (ə) göndərənə qədər coşacaq.

Servis Əsas səhifə Zaman :   Sunday, September 11, 2016 Xəbər kodu : 26902

Nigeriyada etirazlar davam edir
Şəbistan Xəbər Agentliyi: Ciddi nəzarət altında olmalarına baxmayaraq süzügedən hərəkatın üzvləri küçə və xiyabanların kənarında öz namzlarını qılıblar.

Şəbistan Xəbər Agentliyi qərb mediasına istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının rəhbərinin həbsinə etiraz edən xalq kütlələri yenidən aksiyalara başlayıblar.

 

Kaduna şəhərində qadınlar, uşaqlar və böyüklər etiraz nümayişi keçirərək rəhbərlərini heç bir şərt qoyulmadan azad edilməsini tələb ediblər.

 

Etirazçılar şəhərin əsas keçidlərini bağlayıblar. Onlar Nigeriya İslam Hərəkatının rəhbərinin və digər üzvlərin taleyindən nigaran olduqlarını bəyan edərək hakimiyyət və ordu əleyhinə şüaralar səsləndiriblər.

 

Onlar tələblərinin yerinə yetirilməyəcəyinə kimi mübarizəni davam etdirəcəklərini vurğulayıblar.

 

Ciddi nəzarət altında olmalarına baxmayaraq süzügedən hərəkatın üzvləri küçə və xiyabanların kənarında öz namazlarını qılıblar.

 

Şeyx İbrahim Zəkzaki, onun həyat yoldaşı və yüzlərlə fəall dindar ötən ili sentyabr ayında hökumət qoşunlarının Zarya şəhərində onun evinə etdiyi basqın hadisəsində həbs ediliblər.

 

O hadisədən bəri etiraz aksiyaları səngimək bilmir.

 

Ölkə prezidenti bu məhkəmə işinə münasib cavab verəcəyini bildirsədə hələ ki, lazımı heç bir addım atmayıb.

 

http://shabestan.ir/detail/News/573242

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده