خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, May 19, 2016 Xəbər kodu : 25906

Ölüm – yox olmaq deyil
Şəbistan Xəbər Agentliyi:Ayətullah Şəhid Dəstğeyb dəfələrlə deyir, fəryad çəkir və yazırdı ki, ölüm – yox olmaq deyil, əbədiliyin başlanğıcıdır.

Ayətullah Şəhid Dəstğeyb dəfələrlə deyir, fəryad çəkir və yazırdı ki, ölüm – yox olmaq deyil, əbədiliyin başlanğıcıdır. Ayətullah Dəstğeyb öz şəhadətindən sonra bunu bir daha da Allahın izni ilə sübut etdi. O böyük şəxsiyyət mehrabda namaz qılarkən ona qarşı terror etmişdilər. Alimi partladıb, tikə-tikə etmişdilər. Şəhid Dəstğeybin oğlu nəql edir: “Qəməri 1402-ci il İmam Hüseynin (ə) Ərbəininin sübhü gündəlik adətimə uyğun olaraq şəhid atamın mənzilinə getdim. Ofisinin məsul işçisi məni qarşıladı. Salam və hal-əhvaldan sonra ilk cümləsinə bir möminə xanımın yuxusu barədəki məlumatla başladı: "Mənzili bizimlə qonşuluqda olan, möhtərəm şiə bir xanım deyir ki, dünən mərhum Şəhid Dəstğeybi yuxuda gördüm. Buyurdu ki, bədənimin hissələrindən küçə divarının kərpicləri altında qalıb, onu mənə çatdırın".

Ofisdə bir qədər insanlarla ünsiyyətdə olduqdan sonra “Fatihə” məclisində iştirak etmək üçün bayıra çıxdıq. Mərhum Dəsğeybin şəhid olduğu yerə çatanda, mənə danışılan həmin yuxunu xatırladım. Yoldaşlarımdan bəzilərinə əhvalatı danışdım ki, belə bir yuxu görüblər, deyilən yerə bir nəzər salsaq, yaxşı olar. Elə ilk nəzərdən də uçulmuş kərpiclərin arasında bədəndən qopmuş hissələr gördük. dostlarımdan ikisi qabağa düşdü, şəhidin bədənindən qopmuş hissələri iki sellofana yığdılar.

Hadisə Şiraza surətlə yayıldı. Elan olundu ki, bu gecə saat 10-da şəhid Dəstğeybin bədəninin qalan hissəsi dəfn ediləcək. Nəhayət, camaatın qarşısında şəhidin qəbrinin aşağı tərəfini açıb, bədəninin qalan hissəsini dəfn etdik. O şiə xanımın yuxusu belə idi: "Böyük bir bağda idim ki, Ayətullah Dəstğeyb irəlidə gedirdi, mən də onun arxasınca. Lakin onun olduğu hissə çəmənlik idi. O, mənə dedi: "Get onlara de ki, bədənimdən parçalar divarın layları altında qalıb". Neçə dəfə təkrar etdi"””.

Gördüyümüz kimi, Ayətullah Dəstğeyb şəhadətindən sonra ölümün yox olmaq olmadığını bir daha Allahın izni ilə sübut etdi.

 

(“Məad” kitabına istinadən)

 

Hazırladı: Allahverdi Əlizadə,

“Dəyərlər”in oxucusu

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده