خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Saturday, April 23, 2016 Xəbər kodu : 25578
Abbas İraqçı: 
BƏRCAM-ın icra olunması üçün ciddi addımlar atılsın
Şəbistan xəbər agentliyi: Müştərək təşəbbüs üzrə ətraflı proqramın (BƏRCAM) icrasından sonra bu proqramın icra gedişini araşdırmaq üçün İran və altılar qrupunun müştərək komisiyası Vyanada iclas keçirib.

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, BƏRCAM-ın icrasına nəzarət komitəsinin sədri Abbas İraqçi və Avropa Birliyinin xarici siyasət koordinatorunun müavini Hekga Şmidin başçılığı ilə keçirilən iclasda, tərəflər iclasın gündəmində olan mövzuları müzakirə ediblər.

Abbas İraqçi İRNA-nın müxbirinə deyib ki, komisiya BƏRCAM-ın icrasına nəzarət və bu sahədə ehtimal olunan problemlərin həlli sahəsində məsuliyyət daşıyır. komisiya gedişatı araşdırır və hər şeyin öz qaydasında olmasını təmin edir.

İraqçi deyib: Müzakirələrin bu dövründə Ərak reaktorunun yenidən layihələşdirilməsi, BƏRCAM əsasında nüvə əməkdaşlıqları, sanksiyaların ləğvi və mövcud problemlərin aradan qaldırılması kimi mövzular araşdırılacaq.

BƏRCAM-ın icrasına nəzarət komitəsinin sədri deyib: İclasda diqqətdə saxlanılmalı olan məsələlər və həll edilməsi lazım olan problemlər gündəmdə durur.

İran ilə 5+1 qrupunun müştərək komisiyası ötən il payızda iki dəfə iclas keçirmişdir və Viyana iclası üçüncüsü hesab olunur.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin müavini İran ilə 5+1 qrupu arasındakı nüvə anlaşmasının araşdırılması üzrə müştərək komissiyanın Vyanada təşkil edilən iclasını "konstruktuv" adlandırdı.

Helqa Şmidt Vyana iclasının ardınca deyib: Avropa İttifaqı və 5+1 qrupu İrana qarşı sanksiyaların ləğvi məsələsində əməkdaşlıq edirlər.

H.Şmidt "Tvitter" hesabında yazıb: Vyana iclasında İrana qarşı sanksiyaların ləğv edilməsi, İranın nüvə öhdəlikləri və əməkdaşlıqların davam etdirilməsi üzrə razılığın əldə edilməsi məsələləri müzakirə edildi.

İran və 5+1 qrupu arasında Vyanada keçirilən iclasa İran tərəfindən xarici işlər nazirinin m üavini Abbas İraqçı, 5+1 qrupu tərəfindən H elqa Şmidt başçılıq edirdi.

Həmid Bəidinejad öz Teleqram səhifəsində, İran və 5+1 qrupunun cümə günü Vyanada təşkil edilən iclasına işarə edərək, deyib: Komissiya üzvləri nüvə məsələləri və sanksiyaların ləğv edilməsi mövzularını araşdırıblar.

İİR XİN rəsmisi daha sonra yazır: İran və Avropa bankları arasında pul köçürmələri sahəsində mövcud olan problemləri nəzərə alaraq, müştərək komissiya bu məsələ üzərində həm ekspertlər, həm də müavinlər səviyyəsində xeyli müzakirələr aparıb.

H.Bəidinejad əlavə edib: Məsələlərin həlli prosesini daha təsirli formada izləmək üçün nüvə anlaşmasının icrasına zəmanət üzrə xüsusi bir işçi qrupunun yaradılması barədə bir razılıq əldə edilib.

İİR XİN rəsmisi sonda deyib: Vyana iclasının kənarında yekunlaşdırılan mövzulardan biri 32 ton ağır suyun satışı üzrə İranın Atom Enerjisi Təşkilatı ilə 3 Amerikan şirkəti arasındakı müqavilə sənədinin yekunlaşdırılması idi.

http://www.shabestan.ir/detail/News/538157

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده