خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Tuesday, April 19, 2016 Xəbər kodu : 25515

Niyə ölüm ayağında namaz bəzilərinə fayda vermir?
Şəbistan Xəbər Agentliyi: Dediklərinin hamısı dilinin üçünda olan bir yığın quru sözlər olaraq qəlbə girə və orada məskən sala bilməyirlər.

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, “Adabus- salat” kitabı İmam Xomeyninin (ə) qələmə aldığı qiymətli əsərlədən biridir. Bu kitabda müəllif namazın bir sıra sirr və kamil qılınma qayda və adablarına toxunur.

 

İmam Xomeyin (ə) bu kitabda “Niyə bəzlərinə ölüm ayağında namaz fayda vermir?” sulanın cavabını da açıqlayır:

 

İnsan şiddətli və son dərəcədə gərgin bir ruhu duruma düşdükdə, məsələn ölüm ayağının dəhşətli və dözülməz anları, ruhun bədəndən çıxmasının şiddətli ağrısı zamanı, yalnız dilində dediyi, qəlbinə, ruhunun dərinliklərinə hopdurmadığı zikirləri tamamilə yaddan çıxarır, onlar qəlb kitabının səhfələrində pozularaq gedir. Hətta “Allah” adı, Həzrət Rəsulullahın (ə) ismini də unudur, dini İslam olduğu, kitabı Quran olduğu, imamlarının kimlər olduğunu və qəlbinə çatdıra bilmədiyi, daxilinin dərin qatlarına ötürə bilmədiyi təlimlər və məlumatları da yaddan çıxarır. Beləliklə, qəbrdə sual ediləə zaman cavab verə bilmir. Qəbri üzərində dayanıb “Təlqin” oxumağın da ona bir xeyri olmur. Çünki o özündə, öz vücudunda rübubiyyət, peyğəmbərlik və başqa dini təlimlərin həqiqətindən bir şey görə və tapa bilmir. Dediklərinin hamısı dilinin üçünda olan bir yığın quru sözlər olaraq qəlbə girə və orada məskən sala bilməyirlər. Buna görə də, xatirindən çıxır, o Allah, peyğəmbər və dini inanclar barədə verilən şəhadət və təsdiqdən binəsib qalır...

 

İmam Xomeyninin (ə) “Adabus - salat” kitabından izahlı tərcümə ilə verilmişdir.

 

http://www.shabestan.ir/detail/News/533690

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده