خبرگزاری شبستان

دوشنبه ۱۱ مهر ۱۴۰۱

الاثنين ٨ ربيع الأوّل ١٤٤٤

Monday, October 3, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, February 18, 2016 Xəbər kodu : 24924

“Bəsrə Dəccalı” kitabı tərcümə və çap olundu
Şəbistan xəbər agentliyi: Əli Kurani Amulinin qələmə aldığı “Bəsrə Dəccalı” kitabı Höccətul-İslam vəl-müslimin Müslim Xatərinin qələmi ilə fars dilinə tərcümə və çap edildi. 

ŞƏBİSTAN xəbər agentliyinin “Mehdiçilik hövzəsi” müxbirinin verdiyi xəbərə görə, Əli Kurani Amulinin qələmə aldığı “Bəsrə Dəccalı” kitabı Höccətul-İslam vəl-müslimin Müslim Xatərinin qələmi ilə fars dilinə tərcümə və çap edildi. Müəllif bu kitabda yalançı iddiaçı Əhməd Həsən Bəsrinin əhvalatını araşdıraraq tənqid etmişdir. Kitabı “Bustane Ketab” nəşriyyatı çap etmişdir.

“Bəsrə Dəccalı” kitabında Əhməd əl-Həsən adlı bir şəxs ki, Yəmanilik, İmam Mehdininin övladı olduğu və İmam Mehdidən sonra gələcək 12 Mehdinin ilki olduğu iddiası edir, tənqid edilmişdir. Əlbəttə qeyd edək ki, İmam Mehdidən sonra 12 Mehdi hədisləri İntizarın hədəfi və Quranın vədəsi ilə ziddir və buna görə də qəbul edilmir.

“Bəsrə Dəccalı” kitabı bu azğın qrupu tənqid edən ilk müstəqil kitabdır ki, Qum Elmi Dini Hövzəsinin sifarişi ilə tərcümə və çap edilmişdir.

Möhtərəm müəllif Əli Kurani Amuli kitabın müqəddiməsində yazır:

Hələ qədim dövrlərdən yalançılar özləri üçün peyğəmbərlik, imamlıq və hətta Allahlıq iddiası da ediblər. Necə ki, Quran-Kərim “firon”nun dilindən deyir ki, - وَقالَ فِرْعَوْنُ يا أَيُّهَا الْمَلَأُ ما عَلِمْتُ لَكُمْ مِنْ إِلهٍ غَيْري - “məgər mən sizə demədim ki, məndən başqa ilahi yoxdur?!”. Bizim də zəmanəmizdə insanların zühura olan əqidəsindən suistifadə edənlər var. Onlar İmam Mehdinin (ə) naibi, övladı olduqlarını, hətta Mehdi olduqlarını da iddia ediblər... Bəziləri də özləri üçün deyil, bəlkə başqaları üçün belə iddialar ediblər…   

http://www.shabestan.ir/detail/News/524201

 

 

  

   

   

 

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده