خبرگزاری شبستان

پنج شنبه ۱۱ آذر ۱۴۰۰

الخميس ٢٧ ربيع الثاني ١٤٤٣

Thursday, December 2, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, February 11, 2016 Xəbər kodu : 24863
Pakistanlı alim:
Bizim “Əhli-Hədis” cəmiyyətimiz təkfirçiləri himayə etmir
Şəbistan xəbər agentliyi: Pakistanın “Əhli-Hədis” cəmiyyətinin vitse-prezidenti Lahurda İranın Mədəniyyət İdarəsinin işçisi ilə görüşündə dedi: “Əhli-Hədis” cəmiyyəti heç vaxt Taliban, əl-Qaidə və İŞİD kimi terrorist qrupları himayə etməyib və onların bütün addımlarını kəskin tənqid edib.  

ŞƏBİSTAN xəbər agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, İranın Lahurda Mədəniyyət Evininin rəisi və Mədəniyyət İşləri İdarəsinin işçisi Əkbər Bərxurdari Pakistanda Mövlana Zübeyr Əhəməd Zəhir (Əhli-Hədis cəmiyyətinin vitse-prezidenti və “İki Müqəddəs Hərəmin (Məkkə və Mədinə) Müdafiəsinə Təhrik” təşkilatının rəisi) ilə görüşərək ikitərəfli rabitərlərin genişləndirilməsi barədə söhbət ediblər.

Mövlana Zübeyr Əhəməd Zəhir (Əhli-Hədis cəmiyyətinin vitse-prezidenti) bu görüşdə təkfirçi-terrorçu qrupların cinayətkar addımlarını kəskin tənqid edərək dedi: “Əhli-Hədis” cəmiyyəti heç vaxt qeyri-qanuni yaradılmış Taliban, əl-Qaidə və İŞİD kimi terrorist qrupları himayə etməyib və onların bütün addımlarını kəskin tənqid edib və onları anti-İslam qrumlar adlandırıb.

Əhli-Hədis cəmiyyətinin vitse-prezidenti vurğuladı: İslam qan tökməyin əleyhinədir. Heç kimin haqqı yoxdur ki, digərini inancına görə öldürsün. Bu cür terroruçu və təkfirçi qrumların axırı məvh və olmaq və rüsvayçılıqdır. Hətta Allah-Taala Quran-Kərimdə öz peyğəmbərinə buyuru: Təkcə İslamı təbliğ və tərvic edin (yayın), onların əməllərinin cavabı Allahın öhdəsinədir.

Mövlana Zübeyr Əhəməd Zəhir əlavə etdi: Allah-Taala Quran-Kərimdə heç bir firqənin adını hallandırmayıb, insanlara təkcə ey insane, ey müsəlmanlar, ey möminlər və ey Allah bəndələri deyərək xitab etdmişdir. Buna görə də biz Pakistanın bir çox böyük şəhərlərində terroristlik, təfriqəçilik və təkfirçilik əleyhinə seminarlar keçirdirik.  

Mədəniyyət Evininin rəisi və Mədəniyyət İşləri İdarəsinin işçisi Əkbər Bərxurdari bu dialoqun davamında dedi: Şəksiz ki, siz deyən kimidir, İslam sülh və dostluq dinidir. İslam təfriqəçilik və irqçilik əleyhinədir. İslam qardaşlıq və rəhmət dinidir. Parçalanma salmaq istəyənlər öz siyasi maraqlarını güdür, İslam və müsəlmanların düşmənidir.

Əkbər Bərxurdari bu müsahibəsində terroristlərin dünyada və ölkəsində insanlara qarşı cinayətlərinndən, İran və Pakistan münasibətlərindən də danışdı. Həmçinin şiə müctəhidlərinin insanları vəhdətə çağırışını, əhl-sünnənin müqəddəslərini lənətləməyi qadağan etməyi və vəhət haqqında fətvalarını yada saldı. /iqna

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده