خبرگزاری شبستان

یکشنبه ۷ آذر ۱۴۰۰

الأحد ٢٣ ربيع الثاني ١٤٤٣

Sunday, November 28, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, January 29, 2016 Xəbər kodu : 24632

İslam alimləri birlik üçün çalışmalı və radikallığın qarşısını almalıdırlar
Şəbistan Xəbər Agentliyi: Ayətullah Məkarim Şirazi: Təkfir etmək islam dünyası və bəşəriyyətin bəlasıdır

 

Şəbistan Xəbər Agentliyinin məlumatına görə, Ayətullah Məkarim Şirazi "Təkfirçi cərəyanların bugünkü dünyadakı təhlükəsi; İslam Dünyası alimlərinin məsuliyyəti" beynəlxalq konfransında çıxış edib

 

Ayətullah Məkarim Şirazi çıxışında bildirib: Bu konfrans təkfirçi düşüncələrinin köklərini araşdırmaq və onlara məntiqli faktlarla cavab verməyə çalışır. Belə ki, gənclər təfkirçi qruplaşmaların başçılarına aldanmasınlar.

 

Bu təqlid mərcəyi deyib: İslam alimləri təkfirçi qruplaşmalardan uzaq qalaraq islamı onların düşüncələrindən təmizləməli və dünyaya elan etməlidirlər ki, islam qan tökmək, qırğın və viran etmək dini deyil, islam mehribanlıq və sevgi dinidir.

 

İslam Dünyasının böyük mərcəi təqlid müctehidi Ayətullah Məkarim Şirazi təkfirçilik mövzusunda Səudiyyə Ərəbistanındakı alimlərə müraciət edib: “Səudiyyədəki din alimlərinə tövsiyəm budur ki, gec olmamış təkfirçi düşüncələrini öz kitablarından çıxarsınlar və qiblə əhlinini təkfir etməkdən çəkinsinlər. Dillərini təkfir etməkdən, kitabxanalarını isə azdıran kitablardan təmizləsinlər".

 

Ayətullah çıxış ızamanı dünya siyasətçilərinə də münasibət edərək "Dünya siyasətçilərindən istəyim budur ki, təkfirçiləri dəstəkləyən ölkələrə qarşı sanksiya tətbiq etsinlər. Bu problemlə mübarizə aparmaq üçün bir neçə dilli TV  açmağı təklif edirəm. Biz bu barədə öz hazırlığımızı bildiririk. Biz təkfirçilərlə mübarizə bayrağını çiynimizdə aparmağa hazırıq və bəşəriyyəti bu bəladan xilas etmək üçün əlimizdən gələni edəcəyik. İslam alimləri məzhəblərarası ixtilafları qabartmamalı və müsəlmanların vəhdət halında olması üçün çalışmalıdırlar.”deyə danışıb.

 

http://www.shabestan.ir/detail/News/518798

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده