خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Thursday, January 28, 2016 Xəbər kodu : 24628
"Müasir Dünyada Təkfirçilik Cərəyanının Təhlükələri" Konqresi bəyanat yaydı:
Din alimləri siyasi yanaşmaları bir kənara qoymalıdırlar
Şəbistan Xəbər Agentliyi: 2-ci Beynəlxalq "Müasir Dünyada Təkfirçilik Cərəyanının Təhlükələri" Konqresi bir bəyanat yayaraq, İslam Dünyası alimlərindən ifratçılıq və terrorizm ilə mübarizə aparmalarını istəyib.

 

Şəbistan Xəbər Agentliyi xəbər verir ki,İranın Qum şəhərində yüzlərlə şiə və sünni alimin iştirakı ilə keçirilən 2-ci Beynəlxalq “Müasir Dünyada Təkfirçilik Cərəyanlarının Təhlükələri” Konqresi bir bəyanat yayaraq, öz işini başa vurub.

 

Bu bəyanatda İslam ölkələrinin hazırkı böhranlı vəziyyətinə işarə edilib və bildirilib: İfratçı və təkfirçi qruplaşmalar təfriqə xarakterli hərəkətləri ilə müsəlmanlar arasında zorakılığa, qan axıtmalara, ixtilaflara, müsəlmanların İslam dünyasının əsas problemlərindən uzaqlaşmalarına səbəb olublar. Belə bir şəraitdə İslam alimlərinin başlıca vəzifəsi bu qruplaşmaları rədd etməklə yanaşı, həqiqi İslamı tanıtdırmaqdır.

 

Bəyanatda həmçinin deyilir: İslam dini bir rəhmət dinidir və bütün İslam alimləri siyasi və məzhəbi məsləhətləri nəzərə almadan, ifratçıları qınamalı, rəsmi bəyanatlar və fətvalar ilə müsəlmanları məzhəblərarası savaşdan çəkindirməlidirlər.

 

Bəyanatın davamında deyilir: İslam düşmənləri ifratçılardan öz məqsədlərinə nail olmaq və İslam Dünyasının sərvətlərinə hakim olmaq üçün istifadə edirlər. Onlar bu yolla İslam əleyhinə təbliğatlarını genişləndirmək və dünyada İslam dininin genişlənməsini önləmək istəyirlər. Buna görə də, bu beynəlxalq konqresdə iştirak edən alimlər ifratçı və təkfirçi qruplaşmaların təhlükəli qruplaşmalar olduğunu və onların İslam dini ilə heç bir əlaqəsinin olmadığını elan edirlər.

 

2-ci Beynəlxalq “Müasir Dünyada Təkfirçilik Cərəyanlarının Təhlükələri” Konqresinin yekun bəyanatında həmçinin region məsələlərinin diplomatik yolla, müzakirə yolu ilə həllinə təkid edilib.

 

http://www.shabestan.ir/detail/News/518773

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده