خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Monday, January 18, 2016 Xəbər kodu : 24505
Heydər İbadi:
İranın uğur qazanması bütün bölgənin uğuru deməkdir
Şəbistan xəbər agentliyi: İran əhalisi altı ay öncə Tehranın nüvə problemi ilə bağlı razılaşmanı böyük sevinclə qarşılamışdı. Yanvarın 16-da da İslam Respublikasında oxşar hadisə yaşanıb.

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, İran vətəndaşları təkcə sanksiyaların aradan qaldırılmasına deyil, həm də hakimiyyətin savaşa getməməsini bayram ediblər. Başqa sözlə, İran əhalisi sabitlik və əməkdaşlıq istədiyini bir daha nümayiş etdirib. 

İraq Baş naziri Heydər İbadi ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş olub.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edən İraq Baş naziri Heydər İbadi, İran və P5+1 qrupu arasında imzalanan Nüvə Sazişinin bütün bölgə üçün əldə edilmiş böyük bir müvəffəqiyyət olduğunu, "Bu mövzu İran İslam Respublikası əleyhinə ortaya atılan iddiaların yersiz olduğunu göstərdi və art niyyətli dairələrin bəhanələrini əlindən aldı " deyə bildirib.
 
İbadi, görüşdə onuda qeyd edib ki, "İran sülhə, nüvəyə, texnologiyaya sahibdir və heç kim bunu dana bilməz".

İkili görüşdə Məhəmməd Cavad Zərif isə İraq xalqının və hökumətinin ikitərəfli regional əlaqə və inkişaflar qarşısındakı müsbət tutumuna görə, təşəkkür edib. "Biz Nüvə mövzusunun əldə edilən həllin İran, İraq və bütün bölgə ölkələrinin xeyrinə olduğunu düşünürük və regional dostlarımızdan isə bu inkişaf qarşısında qayğı göstərmələrini istəyirik".

http://www.shabestan.ir/detail/News/516068

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده