خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, January 17, 2016 Xəbər kodu : 24491
İran İslam Respublikası Ali Dini Məclisnin rəisi:
Bərcam razılaşmasının icrası xalqın iradəsinin göstəricisidir
Şəbistan Xəbər Agentliyi: İran İslam Respublikası Ali Dini Məclisnin rəisi Dr. Əli Laricani ölkəsinin əleyhinə tətbiq edilən sanksiyaların qaldırılması münasibəti ilə prezident və xarici işlər nazirinə təbrik deyib və vurğulayıb ki, bu gün çox mübarək bir gündür və Bərcam razılaşmasının icrası İran xalqının əzm vı iradəsinin göstəricisidir.

ŞƏBİSTAN xəbər agentliyinin parlament müxbirinin verdiyi xəbərə görə, bu gün (17 yanvar 2016) parlamentin açıq iclasında İran İslam Respublikası Ali Dini Məclisnin rəisi Dr. Əli Laricani ölkəsinin əleyhinə tətbiq edilən sanksiyaların qaldırılması münasibəti ilə prezident və xarici işlər nazirinə təbrik deyib və vurğulayıb ki, bu gün çox mübarək bir gündür və Bərcam razılaşmasının icrası İran xalqının əzm vı iradəsinin göstəricisidir.

İran İslam Şurası Məclisinin sədri nüvə məsələsinin həlli üçün İslam İnqilabının Böyük Rəhbərinin müdrik bələdçiliyini alqışlayıb və deyib: Bu gün İran xalqının iradəsinin çox yaxşı təzahür gündür.

verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün bazar günü parlamentin plenar iclasında prezident, xarici işlər naziri və nüvə müzakirələrinin sona çatması üçün çoxlu səylər göstərən nüvə müzakirə komandasını alqışlayıb.

İslam Şurası Məclisinin sədri ümidvarlıq edib ki, münasib addımların atılması ilə İranda istehsal və investisiyanın çiçəklənməsinə yeni şərait yaranacaq və İran üçün yeni dövr başlanacaq.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini müştərək bəyanatda 16 yanvarı Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası günü elan ediblər.

Bu bəyanata əsasən, İranın nüvə proqramı ilə əlaqədar maliyyə, iqtisadi və çoxtərəfli sanksiyalar nüvə anlaşmasına uyğun olaraq ləğv olunur və Avropa Birliyi, 5+1 qrupu və İran nüvə anlaşması çərçivəsində nüvə enerjisindən sülhməramlı istifadələr sahəsində əməkdaşlıq edəcəklər.

http://www.shabestan.ir/detail/News/515753

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده