خبرگزاری شبستان

چهارشنبه ۲۹ دی ۱۴۰۰

الأربعاء ١٦ جمادى الثانية ١٤٤٣

Wednesday, January 19, 2022

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Sunday, January 17, 2016 Xəbər kodu : 24483

ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb 
Şəbistan xəbər agentliyi: APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama müvafiq fərman imzalayıb. 

ŞƏBİSTAN xəbər agentliyinin verdiyi xəbərə görə, ABŞ və Avropa İttifaqı İran üzərindən sanksiyaları götürüb.n ABŞ prezidenti Barak Obama müvafiq fərman imzalayıb.  

 “Mən müəyyən etdim ki, Birgə Hərtərəfli Tədbirlər Planının nəzərdə tutduğu addımların İran tərəfindən icra olunması İranın nüvə proqramı ilə bağlı vəziyyəti əsaslı şəkildə dəyişib. ABŞ-ın sanksiyalara dair üzərinə götürdüyü öhdəliklərlə əlaqədar mən sanksiyalarla bağlı fərmanları geri çağırıram”.

Avropa İttifaqı da, öz növbəsində, İran üzərindən iqtisadi və maliyyə sanksiyalarının götürüldüyünü təsdiqləyib. Bununla bağı yazılı prosedur artıq başa çatıb.

Məlumata görə, İran üzərindən bütün sanksiyaların götürülməsi barədə əvvəl razılaşdırılmış normativ çərçivələrin təsdiqlənməsi üçün bu prosedura bir neçə gün əvvəl start verilib.  

“Yanvarın 16-dan etibarən İranın nüvə proqramına dair sazişin implementasiyasına başlanılıb. Nüvə proqramı ilə əlaqədar İrana tətbiq edilən çoxtərəfli və milli iqtisadi sanksiyalar ləğv edilib”, deyə  Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerini  İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə  Vyanada keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده