خبرگزاری شبستان

پنج شنبه ۲۴ آیان ۱۳۹۷

الخميس ٧ ربيع الأوّل ١٤٤٠

Thursday, November 15, 2018

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Friday, November 06, 2015 Xəbər kodu : 23461

Sədr müavini: “1000 oğlan uşağından 500-ə Əli adı verilir”
Şəbistan Xəbər Agentliyi: “Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır”

“Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır”
Bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib
ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir: “Hətta bir vətəndaş bizə müraciət etmişdi ki, qızının adını Seyid Zeynəb qoymaq istəyir. Deyirdi ki, dindar adamdır, istəyir, uşağının adı Seyid Zeynəb olsun. Nəhayət, uşağın adı Zeynəb şəklində qaldı”.
 
S. Sadıqova qeyd edib ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: “Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 1000 nəfər oğlan uşağından 500-ə Əli adı verilir”.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده