خبرگزاری شبستان

چهارشنبه ۱۰ آذر ۱۴۰۰

الأربعاء ٢٦ ربيع الثاني ١٤٤٣

Wednesday, December 1, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, October 21, 2015 Xəbər kodu : 23245
Tanınmış iraqlı alim İQNA ilə müsahibəsində:
Regiondakı təkfirçilər Yezidin xəttinin davamçılarıdırlar
Regionda olan təkfirçi qruplar və terroristlər günahsız insanların qanını axıdaraq lənətlik Yezidin Aşura günü Əhl-Beyt (ə) əleyhinə törətdiyi cinayət yolunu davam edirlər.

ŞƏBİSTAN Xəbər Agentliyi: Şeyx Fuad Kazim əl-Miqadi əl-Bəğdadi - İraqın tanınmış şiə ruhanisi və "Səqəleyn" elmi birliyinin baş katibi, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində bu məsələyə işarə edərək dedi: İmam Hüseyn (ə) qiyamının tarixi ismarıcı İslam ümmətinin oyanması, ümmətin doğru yola qayıtması, Əhl-Beyt (ə) məktəbinin hidayət yolunda daha qüdrətli və güclü olduğunu və doğruluğunu açıqlamaq olmuşdur.
O əlavə etdi: İslam dininin əsas mehvəri və ümdə prinsipi "etidal və orta yol"u tutmaqdır. İmam Hüseyn (ə) qiyamı da tarixi bir məktəb olaraq insanlara bu yolu aşılamış və hər zaman haqqı batildən ayırmağı öyrətmişdir. Buna görə də İslam ümməti haqqı batildən ayırmaq üçün bu məktəbi özünə mayak etməlidir.
Miqdadi vurğuladı: İmam Hüseyn (ə) məktəbi insan həyatının bütün sahələrində, o cümlədən ictiami, siyasi, fərdi və dini sahələrdə və bütün zaman və məkanlarda insanlar üçün hidayət çırağı olmalıdır.
O, sözünün davmında Maidə surəsinin 48-ci ayəsinə - «وَأَنزَلْنَا إِلَیْکَ الْکِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَیْنَ یَدَیْهِ مِنَ الْکِتَابِ وَمُهَیْمِنًا عَلَیْهِ» - işarə edərək dedi: Şübhəsiz ki, mötdil olmaq, ifrat və təfritdən çəkinmək və orta yolu tutmaq İslam dininin əsas mehvəri və ümdə prinsipidir. Bu prinsip İslam dinini başqa dinlər və millətlərdən ayırır və dinimizin başqa dinlərə əsas üstünlüyü sayılır.
O əlavə etdi: İslam dünyasının bəzi regionlarında şahid olduğumuz və İslam adına tamamlanan zorakılıq, radikallıq və terrorizm İslam dininin əsas prinsiplərinə tamamilə yaddır. Terrorçu vəhabilərin əqidələri onların cahiliyyindən doğur və İslam dininin təlimləri ilə heç bir əlaqəsi yoxdur. İslam dini terrorçu təkfirçilərin törətdiyi cinayətləri - qan tökmək, tarixi binaları dağıtmaq, müqəddəs binları yandırmaq və başqalarını təkfir etmək - təsdiq etmir. Təkfirçilər İslamın deyil, bəlkə Müaviyə və Yezidin davamçılarıdırlar.
Buna görə də biz insanlara İmam Hüseyn (ə) məktəbini tanıtdırmalı və İslam ümmətini Əhl-Beyt (ə) məktəbinə qaytararaq haqqı onlara göstərməli və ümməti radikalizm və təkfirçilikdən xilas etməliyik.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده