خبرگزاری شبستان

سه شنبه ۹ آذر ۱۴۰۰

الثلاثاء ٢٥ ربيع الثاني ١٤٤٣

Tuesday, November 30, 2021

Servis xəbərlərinin titri

Ayətullah Xamenei iqtisadi problemlərin həlli üçün ciddi qərarların verilməsini tələb etdi

Şəbistan Xəbər Agentliyi: İran prezidenti, parlament spikeri, Məhkəmə Sisteminin rəhbəri və İqtisadi Kordinasiya Şurasının üzvlərinin görüşü Ali Rəhbər Ayətullah Xameneinin hüzurunda keçirilib.

Servis Əsas səhifə Zaman :   Wednesday, July 1, 2015 Xəbər kodu : 22068

İŞİD təkfirçiləri Qüds məsihilərini Fitr bayramında başlarını kəsməklə təhdid etdi
İŞİD təkfirçi terrorist qruplaşması bəyaniyyə yayaraq Qüds məsihilərini Fitr bayramında başlarını kəsməklə təhdid edərək bildiriblər ki, mübarək Ramazan ayının sonunadək Qüdsü tərk etməsələr, başlarını kəsəcəklər.

ŞƏBİSTAN Xəbər Agentliyinin "əl-Fəcr" xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə İŞİD təkfirçi terrorist qruplaşması "Facebook" ictimai şəbəkəsi üzərindən bəyaniyyə yayaraq işğal olunmuş Qüds məsihilərini Fitr bayramında başlarını kəsməklə təhdid edərək bildiriblər ki, mübarək Ramazan ayının sonunadək Qüdsü tərk etməsələr, başlarını kəsəcəklər.

Qüdsün məhəllər və küçələrində yayılmış bu bəyaniyyədə məsihilər kafir adlandırılmış və onlara mübarək Ramazan ayının sonunadək Qüdsü tərk etmələri üçün fürsət verilmişdir. İŞİD kafirləri məsihiləri təhdid etmiblər ki, şəhəri tərk etmədikləri təqdirdə Fitr bayramının günəşinin çıxmağı ilə onların başlarını kəsəcəklər.

Mişel Səbbah – Qüdsün Latın kilsəsinin yekiskopu, buna cavab olaraq dedi: İŞİD terrorçuların şərqi Qüdsdə yaydığı bəyaniyyə məsihiləri qorxutmayıb. Onlar gəlmək istəyirlərsə, gəlsinlər, biz də onları qarşılayacayıq. Biz öz vətənimizdə qalacayıq.

Səbbah bütün müsəlman və məsihilərə tövsiyə edib ki, bu bəyaniyyədən təşvişə düşməsinlər, fintə alovunu qızışdırmasınlar.

اقتراحات

Ad :
Email:(Vacib deyil)
Şərhin mətni:
Göndər

نظرات ارسال شده