Servis Əsas səhifə |
|
Zaman : |
Tuesday, June 30, 2015 |
|
Xəbər kodu : |
22067 |
Şəbistan Xəbər Agentliyinin xarici şöbəsinin "toni vijen" xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə ingiltərəli tanınmamış irqçi və ifartçı, radikal ünsürlər keçən Cümə günü Tunisin "Susə" şəhərində 38 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra keçən həftənin axırlarında İngiltərənin Natinqham şəhərində müsəlmanların qəbiristanlığına hücum edərək qəbir daşlarını çıxardaraq sındırmış və qəbirləri dağıtmışlar.
Keçən gün İngiltərənin "the guardian" qəzetinin yazdığı xəbərə görə İngilis dövlət vəzifəliləri Natinqham şəhərində bu addımı irqçilərin irqçilik yönündə həyata keçirdikləri cinayət adlandırıblar. Məsul orqanlar hadisə ilə bağlı cinayət işi açıb və hadisənin amillərini axtarmağa başlayıblar.
Natinqham şəhərinin polis rəisinin müavini Qraman Şabman bu barədə deyib: Müsəlmanların qəbiristanlığın edilən bu hücumlar ifartçı irqçilərin irqçilik zəmnində cinayətləridir və bu hadisə ilə bağlı onlara qarşı ciddi tərbirlər görülməlidir.
Qeyd edək ki, son illərdə İntgiltərə də bu cür oxşar hadisələr çoxalıbdır. Qərb irqçiləri öz pis niyyətlərini həyata keçirmək üçün həmişə məcidləri hücuma məruz qoyurdular.
http://shabestan.ir/detail/News/469294