Servis صفحه اصلی خبر |
|
Zaman : |
Tuesday, May 26, 2015 |
|
Xəbər kodu : |
21705 |
46000 internet səhfəsi İŞİD- ə işləyir
Şəbistan Xəbər Agentliyi: Bir sıra cavanlar dinamik və qaynar dini mətbu orqanlarının olmaması üzündən təkfirçilərin toruna düşür, həqiqətdən uzaqlaşır və düz yoldan azırlar.
|
Şəbistan Xəbər Agentliyinin xəbər portallarına istinadən verdiyi məlumata görə, Əl- Cəzairin dini işlər naziri Məhəmməd İsa dəhşətli fakt ortaya qoyub: Dünyada 46000 təkfirçi internet saytı fəaliyyət göstərir. Onlar öz azğın fikirlərini insanların beyninə yeridir və bunula da İŞİD qruplaşmasının məqsədləri istiqamətində iş aparırlar.
Nazirliyin rəhbərliyi Əl- Cəzairin ali məktəblərinin birində keçirlilən “Dini media” konfransında çıxış edib. Nazir çıxışında deyib: Bu saytlar İŞİD- ə yeni “mücahidlərin” toplanması istiqamətində fəaliyyət göstərirlər, onlar, xüsusən avropadan qüvə cəlb etməyə səy göstərirlər.
O bir sıra peyk kanallarının da işidyönlü fəaliyyətlərinə toxunub: Bu kanallar dini zəmində münaqişə yaradacaq çıxışları yayımlayırlar.
Nazir bu çıxışların senzura edilməsi və dini məsələlər barədə mediada vahid konsepsiyadan çıxış edilməsinin vacibliyini vurğulayıb.
Məhəmməd İsa əlavə edib: Din pərdəsi altında radikalizm və terrorizmi rəvac verən sosial şəbəkələr və saytların qarşısı alınmalıdır. Bir sıra cavanlar dinamik və qaynar dini mətbu orqanların olmaması üzündən təkfirçilərin toruna düşür, həqiqətdən uzaqlaşır və düz yoldan azırlar.
Terrorçu İŞİD qruplaşması son aylar küllü miqdarda pul xərcləyərək virtual aləmdə yeni internet səhfələri və xəbər portalları təsisi edib. Onlar bu dəfə afrika əsili insanları öz sıralarına cəzb etmək üçün təbliğata girişiblər. Onlar zahiri gözəl sözlər, yağlı maddi imkan vədləri ilə və əlbəttə, dini pərdə altında əhalisi yoxsulluqdan əziyyət çəkən bu materikin cavanlarını təkfirçiliyə və İŞİD- ə qoşmaq üçün dəridən - qabıqdan çıxırlar.
461249